Bakı metrosunda görünməmiş hal

“Avtovağzal” və şərti adı “Memar Əcəmi 2” olan metrostansiyalarında sakinlər üçün bir sıra yeniliklər olacaq. Bakı Metropoliteninin mətbuat katibi Nəsimi Paşayevin anspress-ə verdiyi məlumata görə, “Avtovağzal” stansiyasında fiziki qüsurlu insanlar üçün lift quraşdırılacaq. “Onlar bu liftlərə yer üstündən minəcəklər və birbaşa platformaya düşəcəklər. Beləliklə, fiziki qüsurlu insanlar eskalator və pilləkənlərdən istifadə etməyinə ehtiyac qalmayacaq”, - deyə Nəsimi Paşayev bildirib. O həmçinin qeyd edib ki, sərnişinlərin rahatlığını təmin etmək üçün yeni stansiyada 20 eskalator, 7 çıxış, 8 travelator (hərəkət edən cığır) quraşdırılacaq. Nəsimi Paşayevin sözlərinə görə, “Avtovağzal” və şərti adı “Memar Əcəmi 2” metrostansiyaları 2016-cı ilin ikinci yarısına qədər sərnişinlərin ixtiyarına veriləcək. Hazırda bu stansiyalarda son tamamlama işləri gedir. Bura avtomatik yanğından mühafizə sisteminin, təhlükəsizlik avadanlıqlarının və elektrik enerjisinin quraşdırılması daxildir. Hər iki stansiyada platformaların uzunluğu 144 metrdir. Əvvəlki stansiyalar 5 vaqonlu qatarlar üçün nəzərdə tutulurdusa, bu yeni stansiyalar 7 vaqonlu qatarlar üçün nəzərdə tutulub. Lakin ilkin mərhələdə 5 vaqonlu qatarlardan istifadə olunacaq.
Nəsimi Paşayev onu da əlavə etdi ki, gələcəkdə daha iki stansiyanın açılışı nəzərdə tutulub. Bunların biri Hərbi Hospitalın yanında, digəri isə Tbilisi prospektində yerləşən Heydər Əliyev adına İdman və Konsert Kompleksinin yanında açılacaq.
“Elmlər Akademiyası” metrostansiyasının ikinci girişinə gəldikdə isə onun ilin sonuna kimi istifadəyə verilməsi gözlənilir. Ölkəmizdə yenidənqurmadan sonra ən son açılan stansiya 2011-ci il dekabrın 30-da "Koroğlu" stansiyası olub.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












