Bakı metrosunda ilk; vaqondan vaqona keçid olacaq

Mayın sonunadək Bakı Metropoliteninin istifadə edilən xətlərinin birində 3 yeni qatar istismara veriləcək. Avtosfer.az trend-ə istinadən məlumat verir ki, “Alstom” şirkəti Bakı metrosu sisteminin vaqonları üçün iki yeni qatar seksiyasının dinamik sınaqlarına başlayıb. Məlumata görə, şirkət ümumilikdə hər biri 5 vaqondan ibarət 3 qatar tədarük edəcək. Metrounun yeni vaqonları “Metrovaqonmaş” şirkəti tərəfindən 81−760B/761B/763B modeli əsasında layihələndirilib.
Azərbaycanda ilk dəfə olaraq metro qatarları vaqonlararası keçidə malikdir. Qatarın salonunda işıq-diod işıqlandırma təşkil edilib ki, bu da elektrik enerjisinə qənaət etməyə imkan verəcək. Vaqonlararası keçid sayəsində qatarın sərnişin tutumu 1047 nəfərədək artırılıb. Qatarda 202 erqonomik oturacaq nəzərdə tutulub. Yeni qatar seksiyalarının baş vaqonu məhdud imkanlı şəxslərin təhlükəsiz gedişini təmin edən qurğu ilə təchiz edilib.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












