Bakı metrosunun yeni qatarlarından görüntülər - VİDEO

“Bakı 2015” Avropa Oyunlarına 2 gün qalıb. Azalan vaxt həyəcanı artırır. “Bakı 2015”in məşəli artıq üç gündür ki, paytaxtdadır. Bu gün məşəl “Alov qüllələri”ndən aşağı endirilib. “Bakı Metropoliteni” də oyunlarla bağlı hazırlıqları sona çatdırıb. Əməkdaşların gücləndirilmiş iş rejimində fəaliyyəti öz yerində, artıq yeni qatarlar istifadəyə verilib. Bu qatarlar “Həzi Aslanov” “İçərişəhər” xəttində işləyir. Avropa Oyunlarına 3 gün qalıb və “Bakı Metropoliteni” bu ərəfədə yeni qataralarını xəttə buraxıb. Qatarlar hələ ki ancaq “İçərişəhər” və “Həzi Aslanov” xətti üzrə hərəkət edəcəklər. Qatarlardan istifadə edən sərnişinlər rahatlıqdan çox məmnun görünürdülər. Paytaxt sakini Rəhimə Nəcəfli birinci dəfədir ki, bu qatardan istifadə etdiyini və digər qatarlarla müqayisədə daha rahat olduğunu söylədi. Texniki innovasiyalar baxımından 4-cü nəslə mənsub qatarların idarə edilməsi mikroprosessor əsasında həyata keçirilir. Vaqonların salonunda “hərəkətli sətir” sistemi və təhlükəsizliyin təmin edilməsi üçün müşahidə kameraları qoyulub.
Bütün vaqonlarda daha mükəmməl havalandırma sistemi quraşdırılıb. Kondisioner sistemi ilə təchiz edilib.
Hər biri 5 vaqondan ibarət olan yeni qatarlarda vaqonların sərnişin tutumu 330 nəfərdi. Bu vaqonları digər vaqonlardan fərqi cəhəti onlar arasında birbaşa keçidin olamsıdır.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin sözlərinə görə, qatarlar bundan sonra hər gün müəyyən olunmuş qrafik üzrə hərəkət edəcəklər: “Artıq sınaq işləri uğurla başa çatıb. Bu gündən etibarən hər üç qatar "İçərişəhər” və “Həzi Aslanov” xətti, yəni qırmızı xətt üzrə tam gücü ilə fəaliyyət göstərir”.
Qatarlar yerli maşinistlər tərəfindən idarə olunur. Müasir tələblərə cavab verən yeni qatarlar ən mütərəqqi texnologiyaya, idarəetmə üsuluna malik olmaqla, sərnişinlərin rahat və təhlükəsiz daşınmasını yüksək səviyyədə təmin edəcək.
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO












