Bakı-Rostov dəmiryolu reysi bərpa edilə bilər

“Azərbaycan Dəmir Yolları” QSC Bakı - Rostov-na-Donu birbaşa dəmiryolunun bərpa edilməsi imkanlarını nəzərdən keçirir. Avtosfer.az xəbər verir ki, bunu trend-ə QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib. Onun sözlərinə görə, hazırda beynəlxalq istiqamətlər üzrə Bakıdan Moskva və Xarkova birbaşa reyslər fəaliyyət göstərir: “Rostov-na-Donuya reyslər müvəqqəti dayandırılmışdı, lakin hazırda bu marşrut üzrə nəqliyyatın bərpa edilməsi imkanını nəzərdən keçiririk”.
Qeyd edək ki, QSC daha əvvəl bəyan etmişdi ki, “Rusiya Dəmir Yolları” ASC iqtsadi cəhətdən səmərəli olmadığı üçün 2014-cü ilin dekabrından Azərbaycana dəmiryol reyslərinin reallaşdırılmasını dayandırıb. Dekabrın 16-dan Rostov-Bakı, dekabrın 18-dən Tümen-Bakı, dekabrın 20-dən isə Moskva-Bakı dəmiryol sərnişin reysinin reallaşdırılması dayandırılıb.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












