Bakı-Şamaxı-Yevlax avtomobil yolu genişləndirilir – FOTO

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 15-91-ci kilometrlik hissəsinin 4 zolağa genişləndirilməsi üçün əlavə 2 zolağın tikintisi işləri davam etdirilir.
Avtosfer.az xəbər verir ki, bu barədə oxu.az-a qurumdan verilən məlumata görə, yolun 15-45-ci kilometrlik hissəsində 2 zolaqlı mövcud yola paralel yeni yolun tikintisi işlərinin təqribən 65 faizi, asfalt-beton örtüyünün döşənməsi işlərinin isə 96%-i icra olunub. Layihəyə əsasən sözügedən ərazidə 1 yerüstü piyada keçidi, 3 ədəd alt keçidi inşa olunur. Bundan başqa, 6 ədəd düzbucaqlı və 32 ədəd dairəvi su ötürücüsü isə artıq tikilib.
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Bakı-Şamaxı hissəsinin 45-67-ci kilometrliyində də 2 zolaqlı mövcud yola paralel yeni yolun tikintisi işləri tərtib olunmuş qrafikə uyğun davam etdirilir. İndiyədək ərazidə ümumi qazma işlərinin 94%-i, torpaq işlərinin 93%-i icra edilib. Layihəyə əsasən 1-ci dərəcəli texniki yol üzərində 1 körpü, 1 yol qovşağı, 1 yerüstü piyada, 2 ədəd alt keçidi inşa olunur.
Bundan əlavə 10 ədəd düzbucaqlı və 32 ədəd dairəvi su ötürücüsü tikilib. Hazırda yolun hərəkət hissəsinin asfalt-beton örtüyünün üst qatının döşənməsi işləri həyata keçirilir. Artıq ümumi asfaltlanma işlərinin 30%-i görülüb.
Yolun 67-91-ci kilometrlik hissəsində də tikinti işləri sürətlə davam etdirilir. Yolun bu hissəsində 1 körpü, 3 yol qovşağı, 5 yerüstü piyada keçidi və 2 ədəd alt keçidi inşa edilir. Hazırda yolun ayrı-ayrı hissələrində asfalt-beton örtüyünün döşənməsi işləri görülür.
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 15-91-ci kilometrlik hissəsində artıq kommunikasiya xətlərinin köçürülməsi işləri tam olaraq başa çatdırılıb. Bundan başqa yolun genişləndirilməsi işləri çərçivəsində zəruri yerlərdə işıqlandırma sistemləri qurulacaq, sərnişinlərin rahatlığı üçün avtobus dayanacaqları tikiləcək.
Qeyd edək ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Bakı-Şamaxı hissəsi istifadəyə verilərkən yol 4 hərəkət zolaqlı olacaq. Beynəlxalq standartlara cavab verəcək yeni yolda nəqliyyatın rahat hərəkəti tam təmin olunacaq.
DSX-də generalların yeri dəyişdi - Müzəffər Pirizadə Elçin Quliyevin müavini oldu
Bakıda 6 ekspres marşrut fəaliyyətə başladı - İlk və son dayanacaqlar - VİDEO
Sabahdan ekspres marşrutlar fəaliyyətə başlayır - VİDEO
Naxçıvan dəmir yolu Ermənistan sərhədinə çatır: Böyük layihənin DETALLARI
“Azərbaycandan İrana ikinci dəmir yolu xətti açılacaq” - VİDEO
Metrodakı yenilik: "Taksilərə tələb artacaq, tıxac yaranacaq"
Belçikadakı səfirimiz geri çağırıldı - YENİ TƏYİNAT
“28 May”–“Nizami” istiqamətində yeni ekspres avtobuslar işə düşür: Gedişhaqqı açıqlandı
Bakı və Sumqayıtda dəmir yolları çəpərlənəcək - YENİ QAYDALAR
Bakıda fəaliyyət göstərəcək ekspres avtobusların SİYAHISI - VİDEO
Sürücüsüz avtomobillər gəlir: Təhlükəsizlik necə qorunacaq? - AYNA sədri DETALLARI AÇIQLADI










