Bakı-Sumqayıt dəmir yolu xətti yenidən qurula bilər

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Asiya İnkişaf Bankının (AİB) nümayəndə heyəti ilə görüş keçirilib.
Avtosfer.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun oxu.az-a verdiyi məlumata görə, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verib.
Görüşdə SYSTRA məsləhətçi şirkəti tərəfindən təkmilləşdirilməsi nəzərdə tutulan Bakı-Sumqayıt dəmir yolu xəttinin müxtəlif variantlarını özündə əks etdirən çarx nümayiş olunub. C.Qurbanov Bakı-Sumqayıt dəmir yolu xəttinin yenidən qurulmasının əhəmiyyətindən, əhalinin sərnişindaşımaya olan tələbatının bu istiqamətdə ödənilməsindən və avtomobil nəqliyyatına alternativ dəmir yolunun yaradılmasının zəruriyyətindən danışıb.
AİB-in ölkə üzrə direktoru Olly Norojono müzakirə olunan məsələlərlə bağlı fikirlərini bildirib. İkitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi və məsələ ilə bağlı müzakirələrin davam etdirilməsi qərara alınıb.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












