Bakı-Sumqayıt dəmir yolundan yeni xəbər var - VİDEO

Sumqayıt Sərnişin Stansiyasında məskunlaşan 40-dan çox məcburi köçkün ailəsi stansiyadan köçürüləcək. Bu, Bakı-Sumqayıt dəmiryol xəttində yenidənqurma işlərinin aparılması ilə əlaqədardır. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə bu istiqamətdə danışıqlar da aparılıb və köçürülmə ilə bağlı ailələrin razılıqları alınıb.
Bu arada Bakı-Sumqayıt dəmiryol xəttində yenidənqurma işləri daha da sürətləndirilib. Yeni qatarları qəbul etmək üçün artıq dəmiryolu xətlərində də təmir işləri başa çatmaq üzrədir. Belə ki, 63 kilometrlik dəmiryolu xəttinin 53 kilometri tam hazırdır. Son tamamlama işləri isə Sumqayıt vağzalı ətrafında görülür.
Yeni gətirilən qatarların qabaritləri köhnə elektrik qatarlarından böyük olduğundan Bakı sərnişin stansiyası da bu qatarlara uyğunlaşdırılıb. Bakı sərnişin stansiyasında da təmir-tikinti işləri sürətlə davam etdirilir. Burda stansiya ölkəmizə yeni gətirilən iki mərtəbəli qatarların dizaynına uyğun tərtib edilib. Artıq yeni platformalar tikilib və dəmir yolu reysləri dəyişdirilib. İşlərin davamı olaraq rabitə siqnalzasiya sistemi də yenilənəcək. Burda bütün işlərin ən qısa zamanda başa çatdırılacağı gözlənilir.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












