Bakı-Sumqayıt qatarında gedişhaqqının məbləği açıqlanıb

Bakıdan Sumqayıta hərəkət edən elektrik qatarının dəmir yolunda hazırda yeni təmir işlərinə başlanıb. Avtosfer.az xəbər verir ki, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Nadir Əzməmmədovun teleqraf-a verdiyi xəbərə görə, Bakı-Sumqayıt elektrik qatarının istismar uzunluğu 42 kilometr olan yolda aparılan təmir-bərpa işlərindən əlavə 1,65 kilometr uzunluğunda yeni yol da çəkiləcək.
Hazırda Sumqayıta gün ərzində iki dəfə gedib gəlməklə elektrik qatarının mövcud olduğunu deyən Nadir Əzməmmədovun sözlərinə görə, Abşeron yarımadasında "Böyükşor" - Zabrat – Sumqayıt və "Böyükşor" - Suraxanı – Qala-Dübəndi istiqamətində qatarların hərəkət etdiyini dedi: “Bundan başqa uzaq istiqamətlərə gedən elektrik qatarlarımız da var. Keşlə - Hacıqabul - Şirvan – İmişli, Keşlə - Yalama”.
Nadir Əzməmmədov bildirdi ki, təmir-bərpa işləri başa çatdıqdan sonra Bakı-Sumqayıta elektrik qatarının paytaxtdan başlanğıc istiqaməti Bakı sərnişin vağzalından olacaq: “Keşlə, Biləcəri və oradan da Sumqayıta istiqamət götürəcək”.
Bundan başqa qrafikdə də dəyişiklik ediləcək. Yeni elektrik qatarlarının ən azı 6 dəfə Bakı və Sumqayıt arasında hərəkəti nəzərdə tutulub.
Nadir Əzməmmədov Sumqayıta istiqamət götürən yeni elektrik qatarının hərəkət vaxtının 40 dəqiqə üçün nəzərdə tutulduğunu bildirsə də, bu qatarların sürəti, gedişhaqqı barədə konkret olaraq qabaqcadan məlumat verməyin mümkünsüz olduğunu dedi: “Təmir başa çatdıqdan sonra qatarın hansı sürətlə hərəkət edəcəyi haqqında məlumat vermək mümkündür.
Gedişhaqqı isə hal-hazırda 20 qəpikdir. Qiyməti biz yox, taarif şurası müəyyənləşdirdiyinə görə gələcəkdə vəziyyət necə olması barədə danışmaq hələ tezdir”.
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI
Bakıda yeni metro stansiyası: 28-ci stansiyanın detalları AÇIQLANDI - VİDEO
Avtobusla gedənlərə ŞAD XƏBƏR: Yeni üstünlük gəldi - FOTO
Orta əsrlərdən qalma dünya xəritəsi dəyişdirilir
Qatar parkında böyük yenilənmə: Azərbaycan hansı addımları atır? – EKSPERT
Dəmir yolunun təhlükəsizliyinə nəzarət edən “ağıllı” qatar – FOTOLAR - VİDEO
Azərbaycanda yeni cərimələr TƏSDİQLƏNDİ
Maşınlara quraşdırılan bu nişanın mənasını bilirsiniz? - DİQQƏTLİ OLUN!
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu - FOTOLAR
Laçın dağlarında böyük yol tikintisi – Görüntülər YAYILDI – VİDEO
Azərbaycanın Suriyaya yeni nəqliyyat bağlantısı yarana bilər? – 800 milyon dollarlıq layihə










