Bakı-Sumqayıt yolunda təmir işləri yekunlaşır - VİDEO

Bakı-Quba yolunun 8-ci kilometrliyində təmir işləri yekunlaşmaq üzrədir. Avtosfer.az xəbər verir ki, bunu “apa-Economics”ə açıqlamasında “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib. P.Mürsəliyev bildirib ki, “Azəryolservis” ASC-nin əsas hədəfi Avropa Oyunları ilə bağlı tədbirlər planı çərçivəsində müəyyən hərəkət marşrutu üzrə yerləşən avtomobil yolları, prospekt və küçələrdə nəqliyyatın normal hərəkətini təmin etməkdir.
“Bakı-Quba yolunun 8-ci kilometrliyi də (Avtovağzal) belə yollardandır. Artıq bu yol 6-7 il əvvəl təmir olunduğundan asfalt örtüyünün üst qatı qaşınaraq yeni asfalt-beton örtüyü ilə əvəz olunur”, - deyə P.Mürsəliyev bildirib.
Asfalt örtüyü yenilənən yolun uzunluğu 700 metrdir.
Qurum rəsmisi əlavə edib ki, Bakıdan Sumqayıt istiqamətinə olan yolda asfalt-beton örtüyü artıq vurulub və hal-hazırda bu yolun əks istiqamətində işlər davam etdirilir: “Sadəcə bu yolda nəqliyyatın hərəkəti intensiv olduğundan işlər gecə 23:00-dan sonra başlayır və səhər saatlarına kimi davam etdirilir. Yaxın günlərdə bu yolda da təmir işləri sona çatdırılacaq”.
Qeyd edək ki, Avropa Oyunları ilə bağlı hərəkət marşrutu Ziya Bünyadov prospektindən başlayaraq 20 Yanvar dairəsi, Şamaxinka tuneli və Bakı-Quba yolu da daxil olmaqla, Bakı dairəvi 1, Bakı-Quba yolunun 4-14-cü kilometrlik hissəsinə qədər məsafəni əhatə edir.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq













