Bakı-Sumqayıt yolunda yol yenidən qurulur

Bakıda yol infrastrukturunun yenilənməsi, paytaxtdaxili yolların genişləndirilərək yenidən qurulması işləri davam etdirilir. Paytaxtın şimal istiqamətində yolların genişləndirilməsi nəticəsində tıxacların sayı müəyyən məsafədə azalıb. Amma yenə də Bakı Beynəlxalq Avtovağzalın yaxınlığında tıxaclar qalmaqdadır. Eyni zamanda şəhərdən çıxış istiqamətində Xırdalanq dairəsində yolun daralması səbəbindən səhər və axşam saatlarında tıxaclar olur. Bu günlərdə isə Ekologiya postunun yaxınlığında şəhər istiqamətə gələn yolun kənarındakı hasar sökülüb. Baxmayaraq ki, həmin hasar cəmi 2 il əvvəl tikilmiş və daş üzlüklə üzlənmişdi. Hazırda sökülən hasar təxminən 1,5-2 metr kənardan yenidən tikilir. Bundan sonra yol təxminən 300 metr məsafədə genişlənəcək. Amma bundan sonra yol yenidən daraldığından bunun tıxacların qarşısını alacağı istisna edilir. Maraqlıdır, belə olan halda bu qədər vəsait xərcləyib yolun kənarındakı hasarı söküb yenidən tikmək nə üçün lazım idi?
Məsələyə münasibət bildirən Əməkdar memar Feyzulla Quliyev deyir ki, Bakı-Sumqayıt yolunda tıxacların qarşısının alınqması bir qədər çətindir: «Bu yolda avtomobil yükü həddindən artıq böyükdür. Yolda tıxaclar həmişə olacaq. Amma bunun qarşısının müəyyən qədər alınması mümkündür. Bakı-Sumqayıt yolunda tıxacların qarşısının alanması yolu metropolitenin inkişafı və elektrik xətlərinin çəkilişidir. Çünki Sumqayıtda yaşayanların bir hissəsi Bakıda, yaxud Bakıda yaşayanların bir hissəsi Sumqayıt və Xırdalanda işləyir. Bütün bunlar isə nəzərə alınmalıdır. Ən azı Avtovağzal ərazisində tikilən metro xətti Sumqayıtadək davam etdirilməlidir. Bu metro xətti yerüstü də çəkilə bilər. Dünyanın bir sıra şəhərlərində yerüstü metro xətləri mövcuddur. Bu insanların avtomobil nəqliyyatından istifadə etməsini xeyli azaldardı. Həmçinin, tranvay xətlərinin çəkilməsi də nəzərdə tutulmalıdır. Əks halda bu tıxacları aradan qaldırmaq mümkün olmayacaq. Hazırda elektrik xətlərinin çəkilişi davam edir və gözlənilir ki, yaxın vaxtlarda elektrik qatarlarının hərəkəti mümkün olsun. Amma şəhərdən şimal istiqamətində çıxış Tbilisi prosetektindəndir. Qarşıda yollar genişləndirilsə də, bu yolda tıxaclar qalacaq».
Əməkdar memar deyil ki, bəzən işlər yarımçıq aparılır: «Əslində körpü və yol ötürücüləri yollardakı sıxlığın qarşısını almalıdır. Bu gün Heydər Əliyev prospektində tıxac azdır. Amma Təhsil Nazirliyinin qarşısında daimi olaraq tıxaclar olur. Məgər öncədən bu yolun yükü bilinmirdi».
F.Quliyevin sözlərinə görə, yaxın vaxtlarda şəhərdən Şamaxı istiqamətində gedən yolun ayrılmasının reallaşması gözlənilmir: «Amma bu yolötürücüləri hər şey nəzərə alınmaqla tikilməlidir. Digər tərəfdən paytaxtda avtomobillərin sayı da durmadan artır. Hazırda paytaxtda hər min nəfərə 400 avtomobil düşürsə, gələcəkdə bu 500 avtomobil edəcək. Demək, ən azından hər iki nəfərdən birində avtomobil olacaq. Belə olan halda avtomobil yolunun yükününün azaldılması yolunu düşünmək lazımdır. Çıxış yolu isə yuxarda dediyim kimi elektrik xətləri və metrodur».
Ucnoqta.az
Sürücülərin NƏZƏRİNƏ: Üzeyir Hacıbəyov küçəsində HƏRƏKƏTİN TƏŞKİLİ DƏYİŞDİ - FOTO
Təranə Quliyeva yüksək vəzifəyə TƏYİN OLUNDU
Azərbaycanda taksilərlə bağlı yeni tələblər olacaq
Kəmaləddin Heydərov rəisi işdən çıxardı - Yeni təyinat - FOTO
Ölkəmizdə ən böyük körpü gələn il istifadəyə veriləcək - VİDEO
Sıxlığın qarşısını almaq üçün ÜÇ YENİ avtomobil yolu inşa ediləcək: İSTİQAMƏTLƏR - VİDEO
"Şamaxinka"da sürücülər üçün yenilik: Xüsusi zolaq ləğv edildi - VİDEO
Rəşad Həsənov nazir müavini təyin olundu - FOTO
“Bolt”da təhlükəsizlik daha da güclənir - Təcili yardım çağırmaq mümkün olacaq – VİDEO
Azərbaycanda köhnə maşınları utilizasiya edən yeni məntəqə işə başladı - ÜNVAN
Telefon tutacağından istifadə edənlər 1200 manat cərimə ediləcək – YENİ QANUN










