Bakı-Tiflis-Qarsda bilet neçəyə olacaq? - VİDEO

Bakı-Tiflis-Qars dəmiryolunda artıq 80% iş görülüb. Avtosfer.az anstv-yə istinadən məlumat verir ki, 2007-ci ildən start götürən işlər nəhayət ki, bu il yekunlaşacaq. Layihənin Gürcüstandakı hissəsində yəni Axalkalaki stansiyasına qədər mövcud standartlara uyğun 1520 metr ölçülü rels döşənib. Hazırda işlər tam sürəti ilə Gürcüstanla qonşu olan digər ölkələrdə aparılır.
Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat katibi Nadir Əzməmmədov deyir ki, qrafik üzrə bütün işlər 2015-ci ilin axırına kimi yekunlaşmalıdır.
Burda dağın ən yüksək nöqtəsindən 450 m dərinlikdə yerləşən, 4 km uzunluğu olan tunelin inşası həyata keçirilir. Həm Gürcüstan, həm də Türkiyə tərəfindən qazıntısı davam edən tunelin birləşməsinə 400 metrdən az məsafə qalıb. Bu layihə vasitəsi ilə Bakıdan İstanbula qatarla 2 gün yarıma gediləcək.
Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat katibi Nadir Əzməmmədovun onu da qeyd etdi ki, bu layihə tam başa çatandan sonra Bakıdan İstanbula qatarla 2 gün yarıma getmək mümkün olacaq. Sərnişinlər tək İstanbula yox, bu xəttlə həm də bir günə Tiflisə də gedə biləcəklər. Qatarla gediş haqqı dəmiryolu tam istifadəyə verildikdən sonra üç ölkənin razılığı ilə müəyyən olunacaq. Qeyd edək ki Bakı-Tiflis-Qars dəmir yolu Böyük İpək yolu layihəsinin tərkib hissəsidir. Bu layihə Çindən gələn yükləri Qazaxıstan və Azərbaycandakı dəniz limanları vasitəsilə Avropaya çatdırmağa imkan verəcək.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












