Bakı trası FİA-nın təftişini gözləyir

Gələn il ölkəmizdə Formula1 üzrə dünya çempionatının debüt yarışının keçirilməsinə artıq bir ildən az vaxt qalır. Avropa Qran Prisinin təşkilatçısı olan Baku Grand Prix MMC-nin başçısı Arif Rəhimov motorsport.com resursuna bildirib ki, trasın konfiqurasiyası üzrə işlər başa çatdırılıb və təşkilatçılar FİA-nın nümayəndələrinin son təftişinə hazırdırlar. "Formula1 Azərbaycanda" (www.F-1.az) saytı müsahibəni diqqətinizə çatdırır:
Arif Rəhimov: "Trasın konfiqurasiyası üzrə işləri başa çatdırmışıq. Sadəcə bəzi detalları dəqiqləşdirmək qalıb - məsələn, bəzi döngələrdə qoruyucu hasarların yeri dəqiqləşdirilməlidir, buna isə əlavə vaxt lazımdır. Amma hazırda biz FİA-nın nümayəndələrini təftiş üçün gözləyirik. Keçən həftə biz Macarıstanda FİA-nın yarış direktoru Çarli Uaytinqlə görüşdük, vəziyyəti onunla müzakirə etdik. Bizim heç bir ciddi problemimiz yoxdur".
Rəhimov hesab edir ki, Bakı trasında sürücülərin kifayət qədər ötmə etmək imkanı olacaq - "Bəli, birinci döngəyə uzun düzlük aparır. Bu döngə ötmə üçün əla imkandır. Trasın digər sahələrində də sürücülərin rəqiblərini qabaqlamaq imkanları olacaq..."
Rəhimov əlavə edib ki, Azərbaycanda Formula1-in populyarlaşdırılması üzrə də aktiv iş gedir: "İlk növbədə, biz Formula1-in ölkədə populyarlığını təmin etməliyik, eyni zamanda, mövsümün gedişində bir çox Qran Prilərə səfər edən azarkeşləri maraqlandırmalıyıq. Yəni birinci yarışa gələn azarkeşlər bir ildən sonra yenə də gəlmək istəsinlər. Ona görə də yarışın təşkilini maksimum səviyyədə həyata keçirməliyik. İkinci növbədə, biz ölkəmizdə bu idmanın populyarlığını artırmaq üzrə proqram işləyib hazırlamalıyıq, çünki hazırda ölkəmizdə avtoidman mədəniyyəti yoxdur..."
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












