Bakı yollarına qoyulan beton sədlərin sirri açıldı - FOTO

Bakıda keçiriləcək I Avropa Oyunları ilə bağlı paytaxt küçələrində təhlükəsizlik tədbirləri görülür. Şəhərin küçələrində keçiriləcək müxtəlif tədbirlərlə bağlı yol hərəkəti iştirakçılarının təhlükəsizliyini qorumaq məqsədilə küçələrdəki şərti-işarələr təzələnib. Bundan başqa, paytaxtın bəzi küçə prospektlərində yolların ortasında beton sədlər çəkilib. Beton sədlər əsasən Avropa Oyunlarının məşəlinin keçəcəyi yerlərdə quraşdırılıb.
Qeyd edək ki, I Avropa Oyunlarının məşəli 7-11 iyun tarixlərində Bakının müxtəlif yerlərindən keçiriləcək.
Məşəl yer üstündə avtobus, funikulyor, velosiped, yer altında Bakı metrosu, suda qayıq, havada isə təyyarə ilə daşınacaq. Məşəl iyunun 8-də paytaxtdakı idman arenalarında, 9-da isə İçərişəhərdə gəzdiriləcək.
İyunun 10-u məşəl proqramının son günü olacaq və Bakıya gətirilənədək təxminən 5500 kilometr məsafə qət edəcək.
660 millimetr hündürlüyü olan məşəlin gövdəsi “Bakı-2015” brendində yer alan nar ağacını xatırladır. Alovu qoruyan mis başlıq da nar formasındadır. Onun 50 çəyirdəyi Oyunlarda iştirak edən ölkələrin sayını təmsil edir.
anspress
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq























