Bakı yollarında yenilik - Qırmızı asfalt çəkdilər - FOTO

Bakının yol təsərrüfatında yenilik edilib. İlk dəfə olaraq paytaxt yollarına qırmızı rəngli asfalt döşənib. Avtosfer.az xəbər verir ki, Bakının Babək prospekti ilə Nəcəfqulu Rəfiyev küçəsinin kəsişməsindəki körpünün üstündə yolayrıcı hissədə və körpünün kənarındakı piyada səkilərinə qırmızı asfalt döşənib. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən bildiriblər ki, yollara qırmızı asfalt döşənməsi sınaq layihədir və yollara estetik gözəllik verilməsi məqsədi daşıyır. Adıçəkilən ərazidə də qırmızı asfalt sınaq kimi döşənib. Qeyd edilib ki, yaxın gələcəkdə paytaxtın digər ərazilərində də, xüsusən səkilərdə, piyada zolaqlarında, dairələrdə bu rəngdə asfalt örtüyünün döşənməsi gözlənilir. Hələlik sınaq layihə kimi estetik baxımdan yalnız qırmızı rəngli asfalt örtüyü döşənir, digər rəngli asfaltdan istifadə edilməsi və onların yolun hərəkət hissəsinə döşənməsi planlaşdırılmır.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq













