"Bakıbus"lar sərnişinlərin ixtiyarına veriləcək - VİDEO

Xətti ləğv olunan avtobuslar yenidən bərpa olunacaq. I Avropa Oyunları zamanı göstərilən nəqliyyat xidmətinin yaxşılaşması, yarana biləcək sıxlığın qarşısının alınması məqsədilə Nəqliyyat Nazirliyi Bakı şəhərində fəaliyyət göstərən bəzi marşurut xətlərinin istiqamətlərində dəyişikliklər etmişdi. Bəzi marşurut xətləri ləğv olunmuş, bəzilərinin istiqamətləri dəyişilmişdi. 82,93 və sair kimi avtobuslar isə tamamilə ləğv olnmuşdu. Amma artıq bu məsələ yenidən Nəqliyyat Nazirliyi tərəfindən gündəmə gəlib.
Nəqliyyat Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov bildirdi ki, ləğv olunan avtobus xətlərinin bərpası işləri ilə yanaşı bəzi xətlərdə avtobusların sayınını artırılması məsələsi də artıq gündəmdədir. Xəttə əlaqə yeni avtobusların da buraxılması məsələsi müzakirə olunur. "Ola bilsin ki 10 gün müddətində gecikmələr olsun. Amma qarşıda duran ən mühüm məsələlərdən biri əlavə yeni avtobusların xəttə buraxılmasıdır." - deyə Namiq Həsənov bildirib.
İnsanların rahat və maneəsiz mənzil başına çatmaları üçün oyunlar ərəfəsində paytaxta gətirilən və turistlərə xidmət göstənər ekspress avtobusların xəttə buraxılması da gözlənilir. Həmin avtobusları bundan sonra sərnişinlərin ixtiyarında paytaxt yollarında görmək mümkün olacaq. Bu nəqliyyat vasitələri əvvəlcə şəhərin mərkəzində fəaliyyət göstərəcək.
Namiq Həsənov onu da qeyd etdi ki, daha sonra həmin avtobuslarin kənar ərazilərə buraxilmasi məsələsinə də baxılacaq.
Avtobuslar xəttə buraxıldıqdan sonra marşurutlara kart sisteminin tətbiq olunması da gözlənilir.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












