Bakıda 2 yol açıldı

Daha iki küçə təmirdən sonra sürücülərin ixtiyarına verilib. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-in mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin Avtosfer.az-a verdiyi məlumata görə, nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək məqsədilə aparılan təmir-tikinti işlərilə əlaqədar bağlanan 2-ci Alatava küçəsi yeni görkəmdə sürücülərin ixtiyarına verilib. "Təmir işləri nəticəsində küçənin 6750 kvadrat metr ərazisinə yeni asfalt-beton örtüyü döşənib. Səkilərə 800 paqon-metrə yaxın səki daşları düzülüb. Bundan başqa yol boyu kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılıb, baxış qapaqları dəyişdirilib, səkilər və yol kənarlarında abadlıq işləri həyata keçirilib", - deyə Anar Nəcəfli bildirib.
Qeyd edək ki, küçənin uzunluğu 750 metrdir və Müzəffər Həsənov küçəsi ilə “Şamaxinka” adlanan ərazi arasında yerləşir. Daha bir təmir olunan yol Ziya Bünyadov prospekti ilə Hüseyn Seyidzadə küçəsi arasında yerləşən Eldar Babayev küçəsidir. 1100 metr uzunluğunda, 10 metr enində olan küçənin mövcud asfalt-beton örtüyünün aşınma qatı qaşınaraq, ərazidən daşınıb. Küçənin 11 min kvadrat metr sahəsinə yeni asfalt-beton örtüyü döşənib. Artıq bu küçə də təmirtdən sonra sürücülərin ixtiyarına verilib.
Fərid
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












