Bakıda avtobus xətləri yeniləndi

Nəqliyyat Nazirliyi “Bakı Sərnişin Nəqliyyatı və Yük Daşımaları” MMC Bakı şəhərinin marşrut xətlərində təkmilləşdirmə işlərininin aparılması və sakinlərin müraciətlərini nəzərə alaraq 62, 70 və 92 nömrəli avtobus marşrut xətlərində də dəyişiklik edilib. Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Avtosfer.az-a verilən məlumata görə, 62 nömrəli marşrutun xəttində sentyabrın 1-dən dəyişiklik edilərək avtobusların hərəkəti Sabunçu qəs. - “Koroğlu” metro st. istiqamətində Heydər Əliyev prospekti - Atletlər kəndi - X.Rza küç. - nəqliyyat qovşağı – Z.Bünyadov pr. və sonra mövcud xətti ilə, əks istiqaməti mövcud xətti ilə təşkil edilib.
70 nömrəli marşrutun xəttində sentyabrın 1-dən dəyişiklik edilərək avtobusların hərəkəti “Neftçilər” metro st. – Q.Qarayev pr. – Ə.Vəliyev küç. – M.Abbasov küç. – M.Əliyev küç. – Elektrik qatarlarının Deposunadək və əks istiqaməti də həmin xətlə təşkil edilib.
92 nömrəli marşrutun xəttində sentyabrın 3-dən dəyişiklik edilərək avtobusların hərəkəti Yeni Avtovağzal – Sumqayıt şossesi – Moskva pr. – A.Mustafayev küç. – Cavadxan küç. – “M.Əcəmi” metro st. və əks istiqaməti M.Əcəmi” metro st - Cavadxan küç. – A.Məhərrəmov küç. və sonra mövcud xətti ilə təşkil edilib.
“Bakı Sərnişin Nəqliyyatı və Yük Daşımaları” MMC Səbail rayonu sakinlərinin “Sədərək” ticarət mərkəzi ilə birbaşa nəqliyyat əlaqəsinin yaradılmasına dair çox saylı müraciətlərini nəzərə alaraq, hərəkət cədvəli “Sədərək” ticarət mərkəzi - Salyan şossesi - Bibiheybət məscidi - 20-ci sahə - Bibiheybət yolu – M.Useynov küç. – O.Abbasov küç. kəsişməsindən dönməklə yeni 120 nömrəli marşrut xətti təşkil edib.
120 saylı marşrut xəttinin əks istiqaməti Ə.Yaqubov - Bibiheybət yolu - 20-ci sahə - Muxtarov küç. - Bibiheybət məsçidi - Salyan şossesi - “Sədərək” ticarət mərkəzidir.
Həmçinin, Lökbatan qəsəbəsi sakinlərinin də çoxsaylı müraciətləri nəzərə alınaraq, sentyabrın 3-dən 124 nömrəli marşrutun xəttində dəyişiklik edilərək avtobusların hərəkəti Lökbatan qəs. – Binə T/M – Lökbatan dairəsi – Salyan şossesi – 20-ci sahə - Bibiheybət yolu – M.Useynov küç. – O.Abbasov küç. kəsişməsindən dönməklə və əks istiqaməti Ə.Yaqubov küç. – Bibiheybət yolu – 20-ci sahə – Salyan şossesi – Lökbatan dairəsi – Binə T/M – Lökbatan qəs. olmaqla təşkil edilib.
Emin
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO












