Bakıda avtobusların yolu yenidən dəyişdirilir

Bu gün Bakıda bəzi sərnişin avtobuslarının hərkət istiqamətində dəyişiklik edilib. Bu barədə Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov anspress-ə məlumat verib. Onun sözlərinə görə, bu dəyişiklik müvəqqətidir.
“Bu gün paytaxtda keçiriləcək I Avropa Oyunlarının baş məşqi keçirilir. Bu səbəbdən yollarda avtomobil sıxlığının qarşısını almaq üçün sərnişin avtobusları bəzi ərazilərə buraxılmır. Ona görə də, bir neçə sərnişin avtobusunun hərəkət istiqaməti dəyişdirilib”, - deyə Namiq Həsənov bildirib. Nazirlik rəsmisinin sözlərinə görə, bu dəyişiklik iyunun 12-də də baş verəcək. Bundan əlavə, oyun zamanı da, bəzi avtobus xətlərinin hərəkət istiqaməti uzadıla, yaxud qısaldıla bilər.
Qeyd edək ki, ötən gündən etibarən Bakıda 5, 6, 13, 18 saylı avtobus xətlərinin hərəkət istiqaməti dəyişdirilib.
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO












