Bakıda bağlanan avtobuslar - SİYAHI

Bakıda sərnişindaşımada optimallığın qaldırılması və xidmətin keyfiyyətinin yüksəldilməsi istiqamətində bəzi avtobus xətləri bağlanıb, bəzilərinin isə hərəkət istiqaməti dəyişdirilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov anspress-ə açıqlamasında bildirib. Onun sözlərnə görə, 3 qapılı iri tutumlu avtobusların bəziləri isə xidmətdən yığışdırılıb.
Xidmətdən yığışdırılan və hərəkət istiqaməti dəyişdirilən avtobusların siyahısını təqdim edirik:
14 marşrut 24 saylı xətt avtobusu ilə əvəz olunub.
20, 188, 53 saylı avtobuslar ümumiyyətlə ləğv edilib.
90 saylı avtobus 83 saylı avtobusla ləğv edilib.
86 saylı avtobus 29 saylı marşrutla əvəz olunub.
120 saylı avtobusda maşınlar təzələnib.
124 sayl avtobus 20-ci sahəyə qədər uzadılıb.
193 saylı marşrut şəhərin mərkəzindən çıxarılıb.
70 saylı avtobusun istiqaməti dəyişdirilib.
95 saylı marşrut xəttinin hərəkət istiqaməti “Xətai” metrosuna qədər qısaldılıb.
Namiq Həsənovun onu da bildirib ki, sərnişinnəqliyyatda təkmilləşdirmə işlərilə bağlı paralel hərəkət edən avtobuslar çıxarılıb. Onun sözlərinə görə, yaxın günlərdə Beynəlxalq Avtovağzal istiqamətində hərəkətdə olan avtobusların hərəkətində müəyyən dəyişdirilməsi aparılacaq.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












