Bakıda bəzi dəmir yolu stansiyaları ləğv edildi – FOTO

Bakı Dəmir Yolu Vağzalından metronun “Koroğlu” stansiyasına qədər olan 5 dəmir yolu stansiyasından 2-si sökülüb. Avtosfer.az fins-ə istinadən xəbər verir ki, bunlar vağzalın ərazisində yerləşən “Fialetov” stansiyası və Bakı Lokomativ Deposunun qonşuluğundakı “Böyükşor” stansiyasıdır. Bundan başqa, dəmir yolunun “Nəriman Nərimanov” stansiyasının da bir hissəsi sökülməkdədir.
Nəqliyyat Nazirliyi yanında “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov stansiyaların sökülməsini xəttə sürətli qatarların buraxılması ilə izah edib: “Bildiyiniz kimi, vağzaldan “Koroğlu”ya qədər ikimərtəbəli qatarlar işləyəcək. Bunlar da sürətli qatarlardır, odur ki, bir-birinə çox yaxın yerləşən stansiyalarda dayanması vacib deyil. Yəni, vağzaldan çıxandan sonra “Nəriman Nərimanov”da, sonra “Keşlə”də, sonra da “Koroğlu”da dayanacaq və geri qayıdacaq”.
Bundan başqa, sözügedən marşrut boyu dəmir yolu xəttinin kənarına divar çəkilib, yollara şebel materialı tökülüb. “Keşlə” stansiyasında əsaslı yenidənqurma işləri aparılır, dəmir yolu xəttinin üzərindən insanların təhlükəsiz hərəkəti üçün dəmirdən keçid quraşdırılır, stansiyada işıqlandırma sistemi yaradılır. Təmir-bərpa işlərinin başa çatdığı “Koroğlu” stansiyasında isə dəmir yolunda vahid nəqliyyat kartının tətbiqi məqsədi ilə turniketlər quraşdırılıb.
Bakı Dəmir Yolu Vağzalında isə mart ayından başlanan yenidənqurma işləri davam etdirilir. Vağzaldakı platformalar, qatarların dayanması üçün nəzərdə tutulmuş dəmir yolu xətləri sökülərək yeniləri ilə əvəz olunur. Hazırda vağzaldakı 8 yoldan cəmi 3-ü saxlanıldığı üçün rayonlara gedən sərnişin qatarları bir-birini gözləməklə, vaxtından bir qədər gec yola düşür.
Bundan başqa, vağzalda bilet kassalarının yeri dəyişdirilib.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq

















