Bakıda bu avtobusların da marşrutı dəyişdirildi - SİYAHI

Bu gün Bakıda daha bir neçə sərnişin avtobusunun hərəkət istiqamətlərində dəyişikliklər olub. Avtosfer.az-ın virtualaz.org saytna istinadən xəbərinə görə, Hövsandan şəhər istiqamətinə gedən 175 saylı avtobusun son dayanacaq məntəqəsi dəyişdirilib. Belə ki, əvvəllər 28 May-Hövsan istiqamətində hərəkət edən avtobusun son dayanacağı metronun “Xətai” stansiyasının qarşısı olacaq. Son 2 gündə isə avtobus Hövsan-“Həzi Aslanov” metrosuna qədər işləyib.
28 May-Əhmədli istiqamətində hərəkət edən 46 saylı avtobusun da marşrutunda dəyişiklik olub. Səhər saatlarında əvvəlki marşurut üzrə işləyən sürücülərə avtobusların “Xətai” metro stansiyasının yaxınlığına buraxılmayacağı ilə bağlı xəbərdarlıq edilib.
32 saylı sərnişin avtobusunun son dayanacağı isə metronun “28 May” stansiyasının qarşısından “Xətai” stansiyasının qarşısına köçürülüb.
Sayt qeyd edir ki, bu dəyişikliklər barədə sərnişinlərə əvvəlcədən məlumat verilməyib.
Qeyd edək ki, mayın 4-də 70 , 124 saylı avtobusun hərəkət istiqaməti dəyişdirilib, 14 nömrəli marşrut 24 saylı xətt avtobusu ilə əvəz olunub. 1, 20, 188, 53, 90, 83 saylı avtobuslar isə ləğv edilib.
86 saylı avtobus 29 saylı marşrutla əvəz olunub. 124 saylı avtobusun marşrutu 20-ci sahəyə qədər uzadılıb. 193 saylı marşrut şəhərin mərkəzindən çıxarılıb. 70 saylı avtobusun istiqaməti dəyişdirilib. 95 və 2 saylı marşrut xəttinin hərəkət istiqaməti “Xətai” metrosuna qədər qısaldılıb.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












