Bakıda "Formula 1" trası; tarix açıqlanıb

2016-cı ildə ilk dəfə Bakıda keçiriləcək "Formula 1" üzrə Avropa Qran Prisi üçün trasın tikintisinə avqustda başlanılacaq. Avtosfer.az xəbər verir ki, bu barədə yarış traslarının arxitektoru German Tilke "AutoHebdo"ya açıqlama verib.
O bildirib ki, hazırda çertyojlar üzərində hərtərəfli iş aparılır, planlaşdırılan bütün bəndlərin razılığı alınıb və layihə final mərhələsindədir. G.Tilke gələcək trasın bəzi detallarını açıqlamaqdan imtina etməyib: "İçəri Şəhərə çıxış nəfəsləri kəsir. Avtomobillər hələ XXII əsrdə tikilmiş divarların yanından keçəcəklər. Bu, köhnə evin təmirinə bənzəyir. Biz gözlər önündə nələrin peyda olacağını bilmədən qapıları açırıq".
Almaniyalı arxitektorun sözlərinə görə, vaxt qrafikləri çox sıxdır. Çünki gələn ilin yazınadək hazır olmaq, istənilən öncədən bilinməyən anları nəzərdən keçirmək lazımdır: "Qran Pri mövsümün sonuna nəzərdə tutulub. Bu isə bizə ehtiyatda bir neçə ay saxlamaq imkanı verir. Amma biz hesabımızı məhz həmin tarixə götürməməliyik".
Qeyd edək ki, daha öncə "autosport.com" saytı layihənin təqvim layihəsində Avropa Qran Prisinin iyulun 17-də nəzərdə tutulduğunu yazıb.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












