Bakıda tıxac olmayacaq - VİDEO

Heydər Əliyev prospektində yerləşən yerüstü piyada keçidinin yaxınlığında əsas yoldan köməkçi yola keçmək üçün nəqliyyat vasitələrinə şərait yaradılıb. Avtosfer.az xəbər verir ki, bu barədə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin anspress-ə verdiyi məlumata görə, həmin hissədə ayrıcı zolaq təxminən 60 metr məsafədə götürülərək yeni bir hissə salınıb. “Ərazidə yol nişanları yerləşdirilərək üfüqi nişanlanma işi həyata keçirilib. Artıq Heydər Əliyev prospektinin əsas yolundan hərəkət edən nəqliyyat vasitələri yeni yaradılan hissədən istifadə etməklə Nizami rayonu 8-ci km qəsəbəsinə rahat hərəkət edə bilərlər”, - deyə Pünhan Mürsəliyev bildirib. Eyni zamanda Yusif Səfərov küçəsilə Babək prospektinin kəsişdiyi hissədə genişləndirilmə işləri yekunlaşıb. O cümlədən Yusif Səfərov küçəsində dönmə əməliyyatı üçün yaradılan hissə Babək prospektindən Heydər Əliyev prospektinə, Xətai prospektinə və Koroğli Rəhimov küçəsinə nəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz çıxışını təmin edib. “Həyata keçirilən bütün işlər həmin hissədə sıxlığın aradan qaldırılmasına xidmət edəcək”, - deyə Pünhan Mürsəliyev bildirib.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












