Bakıdan çıxan sürücülərə şad xəbər - FOTO

Bakı Dairəvi-1 avtomobil yoluna çıxan yeni yol yaxın günlərdə sürücülərin ixtiyarına veriləcək. Avtosfer.az xəbər verir ki, bu barədə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin anspress-ə verdiyi əlumata görə, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Avtovağzal dairəsi adlanan ərazisinin Bakı Dairəvi-1 avtomobil yoluna birləşdirilməsi məqsədilə inşa edilən yeni yolda təmir-tikinti işləri yaxın günlərdə yekunlaşdırılacaq.
Ümumi uzunluğu 1070 metr olan yolda inşa edilən 445 metr uzunluğunda 15 aşırımdan ibarət estakada da son tamamlanma işləri həyata keçirilir. Estakada üzərində məhəccərlərin quraşdırılması, təkərqaytaranların monolit-betonla tökülməsi və asfal-beton örtüyünün döşənməsi işləri yekunlaşıb. Estakadanın Bakı Dairəvi-1 avtomobil yoluna birləşən hissəsində də artıq asfal-beton örtüyünün çəkilişi başa çatmaq üzrədir. İşlər bitəndən sonra yolda nişanlanma xətlərinin və “Oyunlar zolağı”nın çəkilməsi işlərihəyata keçiriləcək, həmçinin zəruri olan yerlərdə yol nişanları quraçdırılacaq.
Sözügedən yol istifadəyə verildikdən sonra Beynəlxalq Avtovağzaldan Qazax-Gürcüstan sərhədi, Ələt-Astara-İran sərhədi və Hacıqabul-Horadiz istiqamətində sərnişin daşıyan avtobuslar, həmçinin Sumqayıt istiqamətindən gələn nəqliyyat vasitələri Bakı-Sumqayıt yoluna daxil olmadan Respublika Stend Atıcılığı İdman Kompleksinə və Bakı Dairəvi-1 avtomobil yoluna manesiz çıxa biləcəklər.
Bundan əlavə Biləcəri enişindən Beynəlxalq Avtovağzal ərazisinə giriş yolunun və dairənin tikintisi işləri də başa şatmaq üzrədir. Sözügedən ərazidə artıq yeni səki daşları qoyulub, köhnə asfalt-beton örtüyünün üst qatı frez maşınları vasitəsi ilə qaşınaraq, ərazidən daşınıb. Yaxın günlərdə yola yeni asfalt-beton örtüyünün döşənməsinə start veriləcək.





Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI
Bakıda yeni metro stansiyası: 28-ci stansiyanın detalları AÇIQLANDI - VİDEO
Avtobusla gedənlərə ŞAD XƏBƏR: Yeni üstünlük gəldi - FOTO
Orta əsrlərdən qalma dünya xəritəsi dəyişdirilir
Qatar parkında böyük yenilənmə: Azərbaycan hansı addımları atır? – EKSPERT
Dəmir yolunun təhlükəsizliyinə nəzarət edən “ağıllı” qatar – FOTOLAR - VİDEO
Azərbaycanda yeni cərimələr TƏSDİQLƏNDİ
Maşınlara quraşdırılan bu nişanın mənasını bilirsiniz? - DİQQƏTLİ OLUN!
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu - FOTOLAR










