Bakıdan Qarsa sərnişinlər bu vaqonla gedəcəklər

Sentyabrın 28-də "Stadler Rail Group" şirkətinin İsveçrənin Altenrayn regionunda yerləşən zavodunda "Bakı-Tbilisi-Qars" dəmir yolu xətti üzrə hərəkət edəcək yataq tipli sərnişin vaqonlarına baxış və hazır birinci vaqon gövdəsinin qəbulu həyata keçirilib. Avtosfer.az-ın «Azərtac»a istinadən məlmatına görə, Tədbirdə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov, "Stadler Rail Group" şirkətinin prezidenti Peter Şpuler, Azərbaycanın İsveçrə Konfederasiyasında səfiri Əkrəm Zeynallı, hər iki şirkətin təmsilçiləri iştirak ediblər. Qeyd edək ki, Bakı-Tbilisi-Qars marşrutu üzrə hərəkət edəcək qatarlar üçün Azərbaycan tərəfi "Stadler" şirkətinə 30 ədəd yataq tipli vaqon sifariş edib. "Standart", "komfort", "biznes" və "restoran" tipli istehsal ediləcək vaqonlar kateqoriyasına görə 10, 20 və 32 yerlik olacaqdır. 2016-cı ilin iyul-avqust aylarında ilk 10 vaqonun istismara buraxılması nəzərdə tutulur.
Həmin gün "Stadler Rail Group" şirkətinin Bussnanq regionunda yerləşən ən böyük zavoduna da baxış keçirilib. Burada qonaqlara şirkət haqqında ümumi məlumat verilib. Bildirilib ki, şirkət 1942-ci ildə təsis olunub, 1997-ci ildə holdinqə çevrilib. Holdinqdə 6100 əməkdaş çalışır. Metro, tramvay, çarxlı və relsli dəmiryolu üçün müxtəlif ölçülü və təyinatlı qatar və vaqonlar istehsal edən şirkət bir sıra innovativ ixtira və layihələri ilə "Ginnesin rekordlar kitabı"na düşüb.
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO












