Bakıdan Sumqayıta 40 dəqiqəlik yol - VİDEO

Əvvəllər Bakıdan Sumqayıta elektrik qatarı işləyirdi və sərnişinlərin əksəriyyəti də məhz bu nəqliyyat vasitəsindən istifadə edirdi. Bu gündən etibarən isə Bakı-Xırdalan-Sumqayıt sərnişin dəmiryol xəttinin əsaslı təmirinə başlanılır. Rekonstruksiya işləri başa çatdıqdan sonra bu xətt yenidən sərnişinlərin ən çox istifadə etdikləri vasitələrdən biri olacaq. Bakı-Xırdalan-Sumqayıt dəmiryol xətti yenilənəcək.Yenidənqurma işləri iki şəhər arasındakı sərnişindaşımanı yüngülləşdirəcək.
Təmir işlərinə Güzdək stansiyasından başlanacaq. Rekonstruksiya işləri ümumilikdə Bakı stansiyasından başlamaqla Keşlə, Biləcəri, Xırdalan, Güzdək və Sumqayıt stansiyalarını əhatə edəcək.
Dəmiryol xətlərinin əsaslı təmir olunması hər gün Sumqayıt-Bakı-Sumqayıt marşrutu üzrə hərəkət edən sərnişinlər tərəfindən də müsbət qarşılanır.
Dəmiryol xətlərində əsaslı təmir işlərinin 3 ay ərzində yekunlaşdırılması nəzərdə tutulub.
Xəzərxəbər
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq















