Bakıdan Sumqayıta ilk qatar yola düşdü

Bu gün Bakıdan Sumqayıta ilk işçi qatarı yola düşüb. Avtosfer.az xəbər verir ki, bu barədə azvision.az-a "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.
Qeyd edib ki, ilk işçi qatarı ilə "Azərbaycan Dəmir Yolları" QSC-nin İnfrastruktur Departamenti, Sərnişindaşıma, Rabitə-Siqnalizasiya, Elektrik-Təchizatı Departamentinin əməkdaşları yola düşüb.
Qurum rəsmisinin sözlərinə görə, QSC-nin əməkdaşları yola baxış keçirəcək və çatışmazlıqlara baxacaqlar.
"Artıq onlar yola çıxıblar. Yola baxış keçiriləcək və hər hansı bir çatışmazlıq varsa, aradan qaldırılacaq".
Qeyd edək ki, ötən gün Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 km uzunluğunda dəmir yolunun əsaslı təmiri başa çatıb. Sentyabrın 15-də Bakı-Sumqayıt istiqamətində ümumi sayı 8 olmaqla "Stadler Rail Group" şirkətinin 3 KİSS markalı qatarı və Riqadan gətirilən əsaslı təmirdən çıxan 5 qatar istismara veriləcək. Hər biri 4 vaqondan ibarət olan elektrik qatarlarında sərnişinlərin yüksək keyfiyyətli ictimai nəqliyyata artan tələbatını ödəmək üçün hər cür şərait var. Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 km uzunluğunda dəmir yolunun əsaslı təmir işlərinə 3 mart 2015-ci ildə start verilmişdi.
Əsaslı təmir işlərini İnfrastruktur Departamentinin iştirakı ilə "Dəmiryolservis" MMC-nin müəssisələri həyata keçirir. Əsaslı təmir işləri tam başa çatdıqdan sonra elektrik qatarlarının Bakı sərnişin stansiyasından Sumqayıt sərnişin stansiyasına qədər getməsinə 40 dəqiqə vaxt sərf olunacaq. Həmçinin Sumqayıt sərnişin stansiyasının köhnə inzibati binasının yerində müasir standartlara uyğun ikimərtəbəli stansiya inşa olunacaq.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












