Bakıın ən problemli dairəsi dəyişir – NƏHAYƏT - VİDEO

Paytaxda Dövlət Statistika Komitəsinin qarşısındakı dairədə tıxacların aradan qaldırılması üçün əlavə tədbirlər görüləcək. Avtosfer.az-ın “Azəryolservis” ASC-yə istinadən verdiyi məlumata görə, İnşaatçılar prospektində yerləşən dairədə,müxtəlif istiqamətlərdən daxil olan nəqliyyat vasitələri, nişanlanma xəttinin tələbini pozur. Daha dəqiq Naxçivani küçəsindən hərəkət edən nəqliyyat vasitələri İnşaatçılar prospektindən gələn nəqliyyat vasitələrinə yol vermək əvəzinə, birbaşa dairəyə daxil olur. Bu da ərazidə sıxlığın yaranmasına gətirib çıxarır. Yaranmış vəziyyəti aradan qaldırmaq üçün Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC yaxın günlərdə həmin ərazidə müvafiq tədbirlər görməyi planlaşdırır.
“Bir neçə gündür ki, artıq bu ərazidə işlərə start verilib. Artıq sonuncu variant üzərində iş gedir. Biz çalışırıq ki, həmin ərazidə yeni təhlükəsizlik adacığı quraşdıraq. Əraziyə səki daşları düzülsün və bundan sonra zəruri olan hərəkət istiqamətini də dəyişək. Bununla da hərəkətin normal bir şəkildə tənzimlənməsin təmin edək”, - deyə “Azəryolservis” ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev bildirib.
İlkin versiyaya görə, edilən dəyişikliklərdən sonra hər iki istiqamətdən hərəkət edən avtomobillər geriyə, İnşaatçılar prospektinə dönmək üçün irəlidən quraşdırılacq yerdən dönüb geriyə hərəkət edə biləcəklər. Görüləcək işlərin qısa vaxtda başlanıb sona çatdırılması planlaşdırılır.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq













