Bakının daha bir 8 zolaqlı yolu olacaq - VİDEO

Beynəlxalq Avtovağzalın qarşısında bir müddət əvvəl təmir işləri başlayan küçədə artıq işlər yekunlaşmaq üzrədir. Əvvəllər Biləcəri enişindən Rəşid İsmayılov küçəsinə daxil olan zaman böyük sıxlıq vardı. Buna görə də həmin ərazidə yenidənqurma işləri böyük sürətlə davam etdirilir. Ərazidə olan Natəvan küçəsindən Avtovağzal dairəsinə qədər olan hissə 3 hərəkət zolağından ibarət olacaq. Avtovağzal dairəsindən Biləcəri enişinə qədər olan hissədə isə iki zolaqlı yol salınacaq. Həmin zolağın eni 7,5 metr olacaq ki, həmin zolaqdan yalnız avtobuslar istifadə edə biləcəklər. Bu ərazidə həmçinin avtobus dayanacaqları da inşa olunacaq. Əraziyə bir qat asfalt-beton örtük döşənəcək. Burada yerləşən dairənin diametri 34 metrdən 22 metrə qədər kiçildilib.
“Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyir ki, 4 zolaqdan ibarət olan yol daha da genişlənəcək və 8 zolaqdan ibarət olacaq. Çünki, həmin yerdə həmişə tıxac yaranırdı. Bu isə əməlli başlı problem yaradırdı.
Bundan əlavə Avtovağzal istiqamətində deformasiyaya uğramış yerlər yenidən bərpa olunur. Hazırda köhnə asfalt-beton örtüyünün frez mexanizmi vasitəsilə qaşınması işləri aparılır. İşlərin isə yaxın vaxtlarda tamamlanacağı bildirilir.
ANS
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI
Bakıda yeni metro stansiyası: 28-ci stansiyanın detalları AÇIQLANDI - VİDEO
Avtobusla gedənlərə ŞAD XƏBƏR: Yeni üstünlük gəldi - FOTO
Orta əsrlərdən qalma dünya xəritəsi dəyişdirilir
Qatar parkında böyük yenilənmə: Azərbaycan hansı addımları atır? – EKSPERT
Dəmir yolunun təhlükəsizliyinə nəzarət edən “ağıllı” qatar – FOTOLAR - VİDEO
Azərbaycanda yeni cərimələr TƏSDİQLƏNDİ
Maşınlara quraşdırılan bu nişanın mənasını bilirsiniz? - DİQQƏTLİ OLUN!
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu - FOTOLAR
Laçın dağlarında böyük yol tikintisi – Görüntülər YAYILDI – VİDEO
Azərbaycanın Suriyaya yeni nəqliyyat bağlantısı yarana bilər? – 800 milyon dollarlıq layihə










