Bakının nəhəng prospekti dəyişdirilir - FOTO

Bakının Ziya Bünyadov prospektilə Heydər Əliyev prospektini birləşdirən Ələsgər Qayıbov küçəsində yenidənqurma işləri aparılır. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən Avtosfer.az-a verilən məlumta görə, burada əsaslı təmir işləri kommunikasiya xətlərinin çəkilişilə məşğul olan qurumlarla birgə görülür.
Qeyd edək ki, təmir olunan küçənin ümumi uzunluğu 2200 metr, hərəkət hissəsinin eni isə 20 metrdir. Küçə boyu zəruri olan yerlərdə yol yatağının deformasiyaya uğramış hissələri qazılaraq çıxarılıb. Yeni yol yatağı salınır. Müəyyən hissələrdə yolun hərəkət hissəsinin genişləndirməsi işləri də həyata keçirilib. Artıq küçə frezlənib və yeni asfalt-beton örtüyünün vurulması üçün hazır vəziyyətə gətirilib. Ümumilikdə burda 45 min kvadrat metr sahəyə asfalt vurulacaq. Səkilərdə və ayrıcı zolaqda abadlıq və yaşıllaşdırma işləri həyata keçiriləcək.
Artıq küçə boyu 8200 paqon-metr yeni səki daşı düzülüb. Zəruri olan yerlərdə səth sularının normal kənarlaşdırılması üçün yağış-kanalızasıya sistemi qurulub, yağış barmaqlıqları dəyişdirilib, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları dəyişdiriləcək.
Ərazidə kommunikasiya, xüsusən də su, qaz, işıq və rabitə xətlərinin çəkilişi ilə məşğul olan qurumlar da qazıntı işləri apararaq, yeni xətlərin çəkilişi işlərini həyata keçirirlər. Təbii ki, iki böyük prospekti birləşdirən Ələsgər Qayıbov küçəsində kompleks halında görülən bu işlər gələcəkdə yolun hərəkət hissəsinin sıradan çıxmasını sığortalamış olacaq.
Qeyd edək ki, yenidənqurma işlərinin yaxın günlər ərzində yekunlaşdırılması planlaşdırılır. Bunun üçün Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edib. Təmir-tikinti işləri bitəndən sonra küçə tam yeni görkəm alacaq.
Elmin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq















