Bakının yeni “Ağ taksiləri” – FOTO

Bakıya gətirilən 500 ədəd yeni “London taksi”ləri artıq istifadəyə tam hazırdır. Avtosfer.az xəbər verir ki, bu barədə “Bakı sərnişin və yük daşımalarının təşkili” MMC-dən oxu.az-a verilən məlumata görə, hazırda həmin maşınlar qarajlarda tam hazır vəziyyətdə saxlanılır. “Həmin taksilər Bakıda keçiriləcək Birinci Avropa Oyunları ərəfəsində qüsursuz xidmət göstərəcək. Bunun üçün ayrılan taksilər Avropa Oyunları Təşkilat Komitəsinin ixtiyarında olacaq. Xidmətləri göstərmək üçün təcrübəli və peşəkar sürücülər də ayrılıb. Həmin sürücülər dil kursları keçiblər”, - deyə, MMC-dən bildiriblər.
Əlavə olaraq onlara müştərilərlə rəftar və digər treninqlər keçirilib. Bundan əlavə olaraq, müştərinin lazımı ünvana tez və təhlükəsiz çatdırılması üçün lazımı təcrübi praktika keçirilib.
Ən əsası isə həmin taksilər pulsuz xidmət göstərəcək. “Ağ taksilər” oyun iştirakçılarına, qonaqlara və təşkilat komitəsinin təyin etdiyi şəxslərə pulsuz xidmət göstərəcək.
Bundan başqa, Avropa Oyunlarına buraxılış vərəqəsi olanlar da taksilərin xidmətindən istifadə edə biləcəklər.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












