Bakının yeni «Avro-5» avtobusları gəldi - FOTOLAR

Bakıya yeni sərnişin avtobusları gətirilib. Avtosfer.az-ın xəbərinə görə, bu barədə yeni avtobusları gətirən “Çinar-Trans” MMC-nin direktoru Etibar Manafov anspress-ə məlumat verib. Verilən məlumata görə, yeni gətirilən avtobuslar 25 oturacaqdan ibarətdir. Bundan başqa, avtobusda 30 nəfərə qədər sərnişin ayaq üstə dayana bilər. Avtobus Avro 5 standartlarına uyğundur. Avtobusda 3 kamera var. Sürücü kabinəsində isə monitor quraşdırılıb. Sürücü monitor vasitəsilə avtobusu bütünlüklə görə bilir. Avtobusda baş verənlər isə kameranın yaddaşına yazılır. Sürücü səsgücləndirici vasitəsilə sərnişinlərə müraciət də edə bilər. Sərnişin avtobusunda kondisioner və istilik sistemləri quraşdırılıb.
Qeyd edək ki, yeni avtobuslar İtaliya və Türkiyənin birgə istehalıdır.
Yeni avtobusların ən mühüm xüsusiyyəti isə arxa və ön hissələrin yola uyğun idarə ediliməsidir. Yeni avtobuslar hələlik 15 ədəd gətirilib. Sərnişin avtobusları hələlik 88 saylı avtobus üzrə hərəkət edəcək.
Yeni avtobusların fotolarını təqdim edirik.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq




















