Bakının yeni avtobus xəritəsi

Bakıda keçiriləcək Avropa Oyunları ərəfəsində paytaxt yollarında xüsusi rejim tətbiq olunacaq. Avtosfer.az xəbər verir ki, Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovun anspress-ə verdiyi məlumata görə, artıq bu istiqamətdə hazırlıqlara başlanılıb.
Onun sözlərinə görə, bu rejimə əsasən müəyyən yolların bağlanması ilə əlaqədar bəzi avtobusların hərəkət istiqaməti dəyişdiriləcək.
“Xüsusi xəritə hazırlanıb. Dəyişikliklər əsasən Heydər Əliyev prospektilə Ziya Bünyadov prospekti istiqamətində gedən bütün sərnişin avtobuslarının hərəkət istiqamətində dəyişiklik olacaq. Bundan başqa, oyunların keçirildiyi yerlərə yaxın olan bütün istiqamətlərdə gedən avtobusların hərəkət istiqaməti dəyişdiriləcək. Artıq müzakirələrə başlanılıb. Yaxın günlərdə hərəkət istiqaməti dəyişdiriləcək avtobusların nömrələri barədə də açıqlama veriləcək”, - deyə Namiq Həsənov bildirib.
Qeyd edək ki, nəqliyyatın hərəkətinin asanlaşdırılması üçün ehtimal edilən versiyalardan biri Nizami rayonu, "Koroğlu" metro stansiyası ərazisində yerləşən avtobus dayanacaqlarının Bakıxanov qəsəbəsi, "Qara Qarayev" metro stansiyası ətrafına köçürülməsidir.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












