Bakının yeni pulsuz nəqliyyatı - FOTO

Bakı bulvarına 4 yeni gətirilən ekspress qatarları istifadəyə verilib. Qatarlar 12 iyun tarixindən fəaliyyətə başlayıb. Almaniyadan gətirilən “Mercedes” markalı bu qatarlarla hərəkət etmək böyük zövq verir. Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidovun anspress-ə verdiyi məlumata görə, ekspress qatarlar “Bakı su idman mərkəzi” ərazisində “Bulvar Oteli” istiqamətində hərəkət edir. Onun sözlərinə görə, qatarlarda istifadəçilərin rahatlığı üçün bütün şərait var. “Qatarlar 3 vaqondan ibarətdir. İçərisində kondisioner, isitmə sistemi var. Vaqonun bütün nöqtələrinə müşahidə kameraları quraşdırılır”, - deyə Nazim Məcidov bildirib. Qatarlara biletin qiyməti 2 manatdır. Amma Avropa oyunlarına biletləri olan şəxslərdən, yarışlarda iştirak edən və Avropa Oyunları vəsiqəsi olanlardan gediş haqqı alınmır.
Yeni qatarlar səhər saat 9:00-dan gecə 01:00-a qədər fəaliyyət göstərir.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq






















