Bakıya bu avtobuslardan 151 ədəd gətiriləcək

2015-ci ildə keçiriləcək I Avropa Oyunları ilə əlaqədar ilkin olaraq Bakı Şəhər İcra Hakimiyyəti nəzdində yaradılan “BakuBus” MMC tərəfindən Fransadan “İveco Crealis” markalı iritutumlu 151 ədəd sərnişin avtobusu alınıb.
Avtosfer.az xəbər verir ki, bu barədə "apa-Economics"in məlumatına görə, bu barədə məlumat Nazirlər Kabinetinin 2014-cü ildə fəaliyyəti haqqında hesabatında əks olunub.
Məlumata görə, avtobusların alınması üçün 2014-cü ilin noyabrın 20-də “BakuBus” şirkəti ilə “Societe Generale” arasında kredit müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, avtobusların alınması üçün 42,051 mln. avro məbləğində kredit ayrılıb.
Avtobusların I Avropa Oyunlarının başlanmasınadək Azərbaycana gətirilməsi planlaşdırılıb.
Qeyd edək ki, “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə təmsil olunan Azərbaycan Respublikası tərəfindən “Societe Generale”nin xeyrinə Zəmanət” imzalanıb.
Yeri gəlmişkən, I Avropa Oyunları ilə əlaqədar özəl sektor tərəfindən Türkiyədən 50 ədəd “İsuzu” markalı sərnişin avtobusu və Nəqliyyat Nazirliyi tərəfindən “London TX4” markalı 200 ədəd taksi alınıb. 2014-cü ildə müvəqqəti dayanacaqlarda Fransa İstehsalı olan 500-ə qədər parkomatlar quraşdırılıb və parkinqlər şəbəkəsi genişlənib.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












