Bakıya daha bir ikimərtəbəli qatar gətirildi

İsveçrənin “Stadler Rail Group” şirkətindən alınan 5 ikimərtəbəli qatardan 3-sü bu gün Bakıya gələcək.
Avtosfer.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nın mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.
Onun sözlərinə görə, qatar artıq sərhədi keçib, axşam saatlarında Bakıda olacaq.
N. Əzməmmədov bildirib ki, bu qatarlar sentyabrın 15-də istifadəyə verilməsi planlaşdırılan Bakı-Sumqayıt xətti üzrə xəttə buraxılacaq.
“Qalan iki ikimərtəbəli qatarlar isə ilin sonuna kimi Azərbaycana gətiriləcək” - deyə, N. Əzməmmədov qeyd edib.
Bundan əlavə, qurumun mətbuat xidmətinin rəhbəri qeyd edib ki, Qazaxıstandan Azərbaycana yük qatarı üçün yeni teplovoz gətirilib:
“Qalan 9-u isə ilin sonuna kimi ölkəyə gətiriləcək”.
Qeyd edək ki, bu teplovozlar Qazaxıstan-ABŞ birgə istehsalıdır. ABŞ-ın “General Motors” (GM) şirkətinin sifarişi əsasında Qazaxıstanda yığılıb. Bir teplovozun gücü 3 min 500 at gücünə bərabərdir.
DSX-də generalların yeri dəyişdi - Müzəffər Pirizadə Elçin Quliyevin müavini oldu
Bakıda 6 ekspres marşrut fəaliyyətə başladı - İlk və son dayanacaqlar - VİDEO
Sabahdan ekspres marşrutlar fəaliyyətə başlayır - VİDEO
Naxçıvan dəmir yolu Ermənistan sərhədinə çatır: Böyük layihənin DETALLARI
“Azərbaycandan İrana ikinci dəmir yolu xətti açılacaq” - VİDEO
Metrodakı yenilik: "Taksilərə tələb artacaq, tıxac yaranacaq"
Belçikadakı səfirimiz geri çağırıldı - YENİ TƏYİNAT
“28 May”–“Nizami” istiqamətində yeni ekspres avtobuslar işə düşür: Gedişhaqqı açıqlandı
Bakı və Sumqayıtda dəmir yolları çəpərlənəcək - YENİ QAYDALAR
Bakıda fəaliyyət göstərəcək ekspres avtobusların SİYAHISI - VİDEO
Sürücüsüz avtomobillər gəlir: Təhlükəsizlik necə qorunacaq? - AYNA sədri DETALLARI AÇIQLADI










