Bakıya maşınla gəlmək istəyənlərin nəzərinə - FOTO

Nəqliyyat Nazirliyi “Azəryolservis”ASC tərəfindən nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə bəzi küçə və prospektlərdə təmir-tikinti işləri aparılır. Avtosfer.az-ın “Azəryolservis”in saytına istinadən xəbərinə görə, bu işlər çərçivəsində Bakı-Ələt avtomobil yolunun “Bibiheybət” məscidindən “Su İdman Oyunları Sarayı”nadək olan hissəsində asfalt-beton örtüyünün deformasiyaya uğramış yerləri bərpa edilir.
Təmir işləri zamanı yolun hərəkət hissəsinin deformasiyaya uğramış ərazilərində asfalt-beton örtüyü qaşınaraq, daşınır. Daha sonra həmin ərazilər yeni asfalt-beton örtüyünün döşənməsi üçün hazırlanır və asfaltlanma işləri həyata keçirilir. Təmir-tikinti işləri ilə əlaqədar sözügedən yolda nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılır.
İşlər tərtib olunmuş qrafikə uyğun həyata keçirilir və Nəqliyyat Nazirliyi, həmçinin “Azəryolservis” ASC rəhbərliyinin nəzarəti altındadır. Aparılan təmir işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımı sayda qüvvə cəlb olunub.
Emin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
















