“Baksol” yolundan xəbər var

Bakının Ziya Bünyadov prospekti ilə Binəqədi şosesini birləşdirən 4 kilometrlik “Baksol” yolunda təmir işləri yekunlaşmaq üzrədir. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat katibliyindən Avtosfer.az-a verilən məlumata görə, yolda nəqliyyat vasitələrinin rahat şəkildə hərəkətini təmin etmək üçün “Azəryolservis” tərəfindən həyata keçirilən kompleks tədbirlərin əsas hissəsi artıq yerinə yetirilib. “Baksol” yolunda nəqliyyat vasitələrinin hərəkətinin intensivliyini nəzərə alınaraq təmir-bərpa işləri yalnız günün axşam saatlarında həyata keçirilir.
Artıq yolun 1,4 kilometrlik hissəsi əsaslı təmir olunub. Ərazidə köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq yenisi ilə əvəz olunub, 2,6 kilometrlik ərazidə isə hissə-hissə təmir işləri aparılıb. Bundan başqa, zəruri olan ərazilərdə səth sularının normal kənarlaşdırılması üçün yağış kanalizasiya sistemi qurulub, yeni yağış barmaqlıqları yerləşdirilib, kommunikasiya quyularının dəmir-beton plitələri və baxış qapaqları dəyişdirilib. Bu gün yolda nişanlanma xətlərinin çəkilməsi və zəruri olan yerlərdə yol nişanlarının quraşdırılması nəzərdə tutulub. İşlər bitdikdən sonra yolda nəqliyyat vasitələrinin hərəkəti tam olaraq bərpa olunacaq.
Fidan
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












