Banner

“Baku Bus”dan yeniliklər: yeni xətlər və ödəniş üsulları

Yeniliklər 6 Oktyabr 2015 13:18 Oxunub 2664
“Baku Bus”dan yeniliklər:  yeni xətlər və ödəniş üsulları
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“BakıKart”la bir şəhərdaxili gediş haqqı 20 qəpikdir

Oktyabrın 5-dən etibarən Bakı şəhərinin mərkəzi hissəsində “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) yeni 6 və 8 nömrəli marşrut xəttləri istifadəyə verilib. Avtosfer.az xəbər verir ki, bu barədə şirkətdən fins-ə verilən məlumata görə, Fransa istehsalı olan “İveco” avtobuslar 6 saylı xətt üzrə “Azadlıq Prospekti” metro stansiyasından başlayaraq, Azadlıq prospektindən keçir və 20-ci Sahəyə hərəkət edir. Uzunluğu 34,4 km olan  marşrut xətti hər iki istiqamət üzrə 30 dayanacağı özündə birləşdirir. Digər 8 saylı marşut xətti də “Azadlıq Prospekti” metro stansiyasından başlayaraq Azadlıq prospektindən keçir və “28 May” metro stansiyasına iatiqamətlənir. Sözügedən xətt hər iki istiqamət üzrə 15 dayanacağı özündə birləşdirir və ümumi uzunluğu 15 km-dir.

Məlum olduğu kimi, “BakuBus” MMC-nin avtobuslarında gediş haqqının ödənilməsi nağd pulla deyil, yalnız “BakıKart” vahid ödəniş kartları ilə həyata keçirilir. “BakıKart” vahid ödəniş kartlarını bütün metro stansiyalarında və avtobus dayanacaqlarında quraşdırılmış yeni “BakıKart” terminallarından, Bakı şəhərində yerləşən müasir tipli mətbuat köşklərindən və digər “BakıKart” loqosu olan məntəqələrdən əldə etmək olar. Dövriyyədə iki növ “BakıKart” ödəniş kartları – məhdud istifadə üçün kağız “BakıKart”ları və daimi istifadə üçün plastik “BakıKart”ları mövcuddur. Kağız kartların qiyməti 20 qəpikdir, onlara 1, 2, 3 və ya 4 gediş haqqı yüklənə bilər. Bu kartlar ilk istifadə tarixindən etibarən 45 gün ərzində etibarlıdır. Plastik BakıKartların qiyməti 2 manatdır və bu növ kartlara istənilən məbləğdə gediş haqqı yüklənə bilər. “BakuBus” MMC-nin avtobuslarından istifadə edən zaman aşağıdakı qaydalara riayət olunmalıdır: avtobusa yalnız ön qapıdan minib kartı ödəniş aparatına oxutduqdan sonra salona keçilməli; avtobus dayanacaqda dayandıqda salonu yalnız orta və ya arxa qapıdan tərk etmək lazımdır;.

İctimai nəqliyyatın keyfiyyətini artırmağı qarşısına məqsəd qoyan və bu sahədə hər zaman innovasiyaları tətbiq edən “ BakuBus” MMC  əvvəlcədən müəyyən olunmuş digər xətləri də bu ilin sonuna qədər istifadəyə verməyi nəzərdə tutur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh