“BakuBus”ın Gəncədə fəaliyyətə başlaması ilə bağlı hazırlıq işləri davam etdirilir

İctimai nəqliyyat xidmətlərinin keyfiyyətli və təhlükəsiz təşkili istiqamətində fəaliyyət göstərən AZCON Holding şirkətlərindən olan “BakuBus” MMC tərəfindən Gəncə şəhərində sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədilə hazırlıq işləri planlı şəkildə davam etdirilir.
Avtosfer.az xəbər verir ki, hazırda Gəncə şəhərində fəaliyyət göstərəcək yeni avtobus parkı kompleksinin tikinti prosesi davam etməkdədir. Bu nəqliyyat infrastrukturu əsas inzibati bina, köməkçi inzibati bina, texniki baxış və təmir mərkəzi, avtoyuma sahəsi, Yanacaq Doldurma Məntəqəsi, transformator məntəqəsi və qazanxana binasını əhatə edir. Müasir standartlara uyğun şəkildə inşa edilən avtobus parkının istifadəyə verilməsi Gəncə şəhərində ictimai nəqliyyatın səmərəli idarə olunmasına imkan yaradacaq.
Yeni marşrut xətlərində fəaliyyət göstərəcək sürücü heyətinin formalaşdırılması istiqamətində də seçim və hazırlıq prosesi davam etdirilir. İndiyədək 900 nəfərə yaxın sürücü vəzifəsinə müraciət daxil olub, 600-dən çox namizəd isə müsahibədə iştirak edib. Hazırda sürücü heyətinin peşəkar hazırlığı məqsədilə iki təlim qrupu fəaliyyət göstərir. Təlimlərin biri nəzəri, digəri isə praktiki mərhələdə həyata keçirilir. Bununla yanaşı, inzibati heyətin formalaşdırılması istiqamətində də zəruri tədbirlər görülür.
Gəncə şəhərində istifadəyə verilməsi planlaşdırılan “Yutong” markalı müasir və komfortlu avtobusların artıq bir hissəsi ölkəyə gətirilib. Yaxın günlərdə avtobusların Gəncə şəhərində yerləşən yeni avtobus parkına çatdırılması planlaşdırılır. Nəqliyyat vasitələrinin sentyabr ayı ərzində şəhərdaxili marşrut xətlərində istismara verilməsi nəzərdə tutulur. Beynəlxalq standartlara cavab verən texniki avadanlıqlarla təchiz edilmiş bu avtobuslar sərnişinlərə rahat və keyfiyyətli ictimai nəqliyyat xidməti təqdim edəcək.
Sərnişinlərin avtobusla gedişhaqqını nağdsız ödəniş sistemi ilə etmələri nəzərdə tutulub. Bu sistem Gəncə şəhərində fəaliyyət göstərən bütün avtobuslarda tətbiq olunacaq.
Qeyd olunur ki, “BakuBus” MMC-nin Gəncə şəhərində 1, 3, 4, 5, 6, 7, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20 nömrəli şəhərdaxili marşrut xətləri, G1 və G2 nömrəli şəhərətrafı marşrut xətləri üzrə fəaliyyətə başlaması nəzərdə tutulur.
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI
Bakıda yeni metro stansiyası: 28-ci stansiyanın detalları AÇIQLANDI - VİDEO
Avtobusla gedənlərə ŞAD XƏBƏR: Yeni üstünlük gəldi - FOTO
Orta əsrlərdən qalma dünya xəritəsi dəyişdirilir
Qatar parkında böyük yenilənmə: Azərbaycan hansı addımları atır? – EKSPERT
Dəmir yolunun təhlükəsizliyinə nəzarət edən “ağıllı” qatar – FOTOLAR - VİDEO
Azərbaycanda yeni cərimələr TƏSDİQLƏNDİ
Maşınlara quraşdırılan bu nişanın mənasını bilirsiniz? - DİQQƏTLİ OLUN!
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu - FOTOLAR










