Balaxanı və Mehdiabad yolları istifadəyə verilib - FOTO+VİDEO

Bakı şəhərində Balaxanı yolu təmirdən sonra yenidən istifadəyə verilib. Avtosfer.az xəbər verir ki, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin Mətbuat Katibliyindən "report"a daxil olan xəbərə görə, ümumilikdə qeyd edilən yolun 4 kilometrlik hissəsinin köhnə asfalt-beton örtüyü qaşınaraq ərazidən daşınıb və yolun hərəkət hissəsi yeni asfalt-beton örtüyünün döşənməsi üçün hazır vəziyyətə gətirilib. Daha sonra yola 30 min kv. metr yeni asfalt-beton örtüyü döşənib. Nəticədə, uzun müddət təmir olunmadığı üçün sıradan çıxmış yol tam yeni görkəm alıb. Hazırda nəqliyyat vasitələri rahat şəkildə bu yoldan istifadə edə bilirlər.
Təmir işləri Mehdiabad qəsəbəsinin giriş hissəsində də aparılıb. Bu ərazidə də yolun hərəkət hissəsi uzun müddətdir təmir olunmadığı üçün sıradan çıxmış vəziyyətdə idi. Balaxanı və Binəqədi yolları, Mehdiabad qəsəbəsinə şəhərdən gələn yolun və qəsəbənin daxili yolunun birləşdiyi hissədə 5 min kv. metr sahəyə yeni asfalt-beton örtüyü döşənib. Bununla da, sözügedən ərazidə nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkəti təmin olunub.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq















