“Balaxanı yolu” təmir edilir – VİDEO

Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə kompleks tədbirlər davam etdirilir. Avtosfer.az xəbər verir ki, bu barədə ASC-dən verilən məlumata əsasən, tədbirlər çərçivəsində “Balaxanı yolu”nda orta təmir işləri aparılır.
Təmir işləri zamanı mövcud olan yolun deformasiyaya uğramış hərəkət hissəsinin köhnə asfalt-beton örtüyünün aşınma qatı frez maşınları vasitəsilə qaşınaraq, ərazidən daşınır. Yeni asfalt-beton örtüyünün döşənməsi üçün hazırlanan yolun hərəkət hissəsində asfaltlanma işləri görülür.
Sözü gedən yolun orta təmir işləri təqribən 6 kilometrlik ərazidə aparılır. Ümumilikdə 45 min kvadrat metr əraziyə yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır. “Balaxanı yolu”nda hərəkətin intensivliyi nəzərə alınaraq təmir işləri sutkanın qaranlıq saatlarında aparılır.Təmir-tikinti işləri tərtib olunmuş qrafikə uyğun həyata keçirilir və vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.
Yaranan müvəqqəti narahatçılığa görə, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC üzr istəyir və sürücülərdən görülən işlərə anlayışla yanaşmalarını xahiş edir.
Emin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












