Bayramda Bakıdan bölgələrə əlavə 200 avtobus xəttə çıxarılacaq

Bakı Beynəlxalq Avtovağzalı Qurban bayramı günlərində (sentyabrın 23-27-də) gücləndirilmiş iş rejmində işləyəcək. Avtosfer.az xəbər verir ki, bu barədə "report"a avtovağzalın növbə rəisi Məhəmməd Abdullayev bildirib.
Onun sözlərinə görə, bayramla əlaqədar artıq müvafiq Tədbirlər Planı hazırlanıb: "Bayram günlərində sərnişin sıxlığını nəzərə alaraq, gün ərzində adi günlərdən fərqli olaraq əlavə 200-dən çox nəqliyyat vasitəsinin xəttə buraxılması nəzərdə tutulub. Həmçinin, adi günlərdə 360-400 nəqliyyat vasitəsi yola salınır və 9-10 min sərnişin daşınırsa, bayramda 600-dən çox avtobusun xəttə çıxarılması və 15 mindən çox sərnişinin daşınması gözlənilir".
Adi günlərdə olduğu kimi, təyin edilmiş qrafiklər üzrə 10 gün əvvəlcədən bilet satışı həyata keçirildiyini qeyd edən növbə rəisi xatırladıb ki, Avtovağzalda iki ildir onlayn rejimdə bilet əldə etmək mümkündür.
Qeyd edək ki, avtovağzalda biletlərin qiymətinə, gediş haqlarının qiymətinin süni artırılmasına nəzarət edən 8 nəfərdən ibarət komissiya təşkil olunub.
M.Abdullayev sərnişinlərin diqqətinə çatdırır ki, bilet almaq üçün kassalara müraciət edilsin. Zəruri marşruta bilet olmasa, onlar əlavə nəqliyyat vasitəsilə təmin olunacaq və sərnişinlər yerindəcə bilet alaraq, yola salınacaqlar.
Qeyd edək ki, Bakı Beynəlxalq Avtovağzalın mütəxəssislərinin müşahidələrinə əsasən, Qurban bayramında heç vaxt güclü sərnişin axını qeyd alınmır. Bundan başqa, tədris ili təzə başladığı üçün əsas sərnişinlər hesab olunan tələbələr uzun istirahətdən sonra uzaq yola üz tutmurlar.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












