Benzinin qiyməti ilə bağlı VACİB AÇIQLAMA: Yaxın vaxtlarda Azərbaycanın yanacaq bazarında...

Rusiyada benzin qiymətlərində yeni artım dalğası müşahidə olunur. Maraqlıdır, Rusiyada benzinin qiymət artımı Azərbaycanda yanacaq bazarına birbaşa və ya dolayısı ilə təsir edə bilərmi?
Bu barədə Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, Rusiyada benzinin bahalaşması Azərbaycanda yanacaq bazarına birbaşa və ya dolayısı ilə təsir göstərməyəcək. Hazırda Rusiyada qiymət artımı ölkənin daxili iqtisadi problemləri ilə bağlıdır.
İqtisadçının sözlərinə görə, Rusiya dövləti daxili borclarını neft gəlirləri hesabına ödəyə bilmədiyi üçün ölkə daxilində neft məhsullarının, o cümlədən benzinin qiymətlərini artırmaq qərarına gəlib:
“Azərbaycan Rusiyadan benzin idxal etmir. İdxal olunsa belə, bu, dünya bazarının qiymətləri ilə tənzimlənir. Rusiya daxilində benzinin qiyməti nə qədər artsa da, bu, dünya bazarında olan qiymətlərdən aşağı qalır.
Rusiya özü neft ixrac edən ölkədir. Ukrayna ilə müharibə fonunda neftayırma zavodlarının bir neçəsinin sıradan çıxması ölkənin daxili yanacaq təminatında problemlər yaradıb və bu da qiymət artımına səbəb olub”.
Ekspert əlavə edib ki, Azərbaycanda isə yanacaq qiymətləri Tarif Şurası tərəfindən dövlət səviyyəsində tənzimlənir:
“Hazırda dünya bazarında neftin qiyməti sabitdir. Eyni zamanda, inflyasiyanın azalması da dövlətin tənzimlədiyi qiymətlərə yenidən baxılmasını aktuallaşdırmır. Bu səbəbdən Azərbaycanda benzin və digər yanacaq növlərinin qiymətində dəyişiklik gözlənilmir”.(konkret.az)
Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün YENİLİK
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI
Bakıda yeni metro stansiyası: 28-ci stansiyanın detalları AÇIQLANDI - VİDEO
Avtobusla gedənlərə ŞAD XƏBƏR: Yeni üstünlük gəldi - FOTO
Orta əsrlərdən qalma dünya xəritəsi dəyişdirilir
Qatar parkında böyük yenilənmə: Azərbaycan hansı addımları atır? – EKSPERT
Dəmir yolunun təhlükəsizliyinə nəzarət edən “ağıllı” qatar – FOTOLAR - VİDEO
Azərbaycanda yeni cərimələr TƏSDİQLƏNDİ
Maşınlara quraşdırılan bu nişanın mənasını bilirsiniz? - DİQQƏTLİ OLUN!










