Bəzi küçələrdə təmir bitdi – Sürücülərə xəbər - FOTO

Biləcəri qəsəbəsində 4 küçəni birləşdirən yolda həyata keçirilən kompleks tədbirlər atrıq yekunlaşıb. Yol tam yeni görkəmdə sürücülərin ixtiyarına verilib. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən Avtosfer.az-a verilən məlumata görə, ümumi uzunluğu təqribən 4 kilometr olan Natavan, Ordubadi və Ə.Qasımov küçələrində köhnə asfalt-beton örtüyünün aşınma qatı qaşınaraq, ərazidən daşınıb. Yola müasir tələblərə cavab verən yeni asfalt-beton örtüyü döşənib. İşlər təqribən 56 min kvadrat metrlik sahədə həyata keçirilib. Bundan başqa yol boyu 420 paqon-metr yeni beton səki daşı düzülüb, kommunikasiya xətlərinin dəmir-beton plətələri qaldırılıb, baxış qapaqları dəyişdirilib, səth sularının normal kənarlaşdırılması üçün zəruri yerlərdə yağış-kanalizasiya sistemi qurulub.
Bakı-Quba-Rusiya Federasiyası sərhədi avtomobil yolundan “20 Yanvar” dairəsinə doğru daxil olan istiqamətdə sıxlığı aradan qaldırmaq məqsədilə nəqliyyat vasitələrinin “Şamaxinka” adlanan ərazidən dairəyə daxil olmadan rahat və maneəsiz şəkildə şəhərə çıxışını təmin etmək məqsədilə “2-ci Alatava” küçəsində aparılan təmir-tikinti işlərinin sabah yekunlaşdırılması planlaşdırılır. Sabahdan etibarən küçə təmir olunmuş şəkildə sürücülərin ixtiyarına veriləcək.
Küçədə asfalt-beton örtüyünün üst qatı qaşınaraq, ərazidən daşınıb və əvəzinə yeni asfalt-beton örtüyü döşənib. Ümumilikdə küçənin 6750 kvadrat metr ərazisində asfaltlanma işləri həyata keçirilib. Səkilərə 800 paqon-metr yeni səki daşları düzülüb. Bundan başqa yol boyu kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılıb, baxış qapaqları dəyişdirilib, səkilər və yol kənarlarında abadlıq işləri həyata keçirilib.
Qeyd edək ki, küçənin uzunluğu 750 metrdir və Müzəffər Həsənov küçəsinin kəsişməsindən “Şamaxinka” adlanan əraziyə qədər uzanır. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC paytaxtda aparılan təmir-tikinti işləri ilə əlaqədar yaranan müvəqqəti narahatlığa görə üzr istəyir və sürücülərdən alternativ yollardan istifadə etmələrini tövsiyyə edir.
Nurlan
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
















