Bu avtobuslar ilk olaraq bu xətt üzrə hərəkət edəcək - VİDEO

“BakuBus” ilk marşrut xəttini istifadəyə verəcək. Avtosfer.az-ın «BakuBus» MMC-nin rəsmi “Facebook” səhifəsinə istinadla verdiyi məlumata görə, bu marşrut xətti sentyabrın 7-dən etibarən sərnişinlərə xidmət göstərəcək. İlk 1 nömrəli marşrut xətti «28 May»-«Koroğlu» metrostansiyaları istiqaməti üzrə hərəkət edəcək. Yeni marşrut xəttində gediş haqqı 0.20 AZN olacaq. Sərnişinlərin sıxlıq təşkil edəcəyi dayanacaqlarda BakuKart terminalı olacaq.
«BakuBus» bu il iyunun 10-dan etibarən Hava Limanı – «28 May» metrostansiyası və əks istiqamət üzrə "Ekspress xətt"ini istifadəyə verib. Bu xətt üzrə işləyən marşrutlarda gediş haqqı 1,50 AZN təşkil edir. Ödəniş kart sistemi ilə həyata keçirilir. Avtobuslar «28 May» metrostansiyası çıxışındakı dayanacaqlarda 30 dəqiqə intervalla 24 saat sərnişinlərə xidmət göstərir.
"BakuBus" MMC Azərbaycan Nazirlər Kabinetinin 3 aprel 2014-cü il 92 nömrəli qərarına əsasən, Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində yaradılıb. Bakı şəhərində sərnişinlərə avtobus nəqliyyatı sahəsində beynəlxalq standartlara uyğun xidmətin təşkili, bu sahənin müasir tipli nəqliyyat vasitələri ilə təchiz edilməsi, sərnişin daşımalarının yerinə yetirilməsi zamanı texniki və ekoloji baxımdan təhlükəsizliyin təmin olunması əsas məqsədlər olaraq qarşıya qoyulub.
Bu avtobuslar ölkəyə ilk olaraq Avropa Oyunları üçün gətirilib. İlham Əliyev avtobus deposu və təlim mərkəzinin açılışında iştirak edib.
“BakuBus” MMC-nin avtoparkı Fransa istehsalı olan 151 “İveco Crealis” və 151 “İveco Urbanway” markalı avtobuslarla təchiz olunub.
Fidan
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq














