Bu avtobuslara minmək üçün bu qaydaları öyrənmək lazımdır - VİDEO

Xəbər verdiyimiz kimi, bu gündən etibarən Bakıda yeni nömrəli avtobus marşrutu tam olaraq işləməyə başlayıb. Bu marşurutla hərəkət edən avtobuslar "28 May" metrostansiyasından "Koroğlu" metrostansiyasına qədər gedəcək.
Avtosfer.az-ın məlumatına görə, qarşısında innovasiya texnologiyalarının tətbiqiylə nəqliyyat daşınmalarının keyfiyyətinin artırılması məsələsini məqsəd qoyan "Baku Bus" şirkəti bildirir ki, bu ilin sonuna kimi bir neçə marşrutistismara veriləcək və avtobus parkı tamamilə yenilənəcək.
Yeni avtobuslara minmək və düşmək qaydaları aşağıdakı bəndlərlə müəyyən edilib:
1. Avtobusa sərnişinlərin girişi qabaq qapıdan tələb olunur.
2. Avtobuslardan sərnişinlərin çıxışı ikinci və üçüncü qapılardan tələb olunur.
3. Qabaq qapı vasitəsilə avtobusdan düşmək, həmçinin ikinci və üçüncü qapıdan avtobusa daxil olmaq qəti qadağandır.
4. Qabaq qapı vasitəsilə avtobusa girib gediş haqqı ödənişi üçün xüsusi aparata kartı qoyun.
5. Sizin kartınızın cihaz vasitəsilə müvəffəqiyyətlə yoxlandığına əmin olduqdan sonra salona daxil olun.
6. Keçid zamanı sıxlıq yaratmayın. Sərnişinlərin salona girişinə mane olmadan ödənişi edin.
7. Yeni avtobuslarda gediş haqqı ödənişi yalnız "BakıKart" ictimai nəqliyyatının vahid kartlarının köməyi ilə həyata keçirilir.
8. "Baku Bus" şirkətinin avtobuslarında nağd ödəniş qadağan edilir.
9. "Baku Bus" şirkətinin avtobusları yalnız müəyyən edilmiş dayanacaqlarda dayanır. Dayanacaqdan kənarda avtobuslar dayanmayacaq.
10. Avtobus salonunda siqaret çəkmək, qidalanma və ictimai nəqliyyatda qəbul edilməyən davranış normaları qəti şəkildə qadağan edilir.
11. Sərnişinlər və ictimai nəqliyyatın sürücüsünün təhlükəsizliyinin təmin olunması üçün "Baku Bus" şirkətinin avtobuslarında videonəzarət kameraları işləyir.
12. Şirkətin iş prinsipləri haqqında lazımlı informasiyanı siz internetdə "Baku Bus" www.bakubus.az şirkətinin saytından tapa bilərsiniz, həmçinin - *4242 və (012) 404-11-10 telefon nömrələrindən əldə edə bilərsiniz.
"Baku Bus" şirkəti sizə xoş səyahət arzu edir və ictimai nəqliyyatda davranışın müəyyən edilmiş qaydalarına riayət etməyi xahiş edir.
Fidan
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












