Bu da bizim təcili yardım helikopterlərimiz - FOTO

Bakı 2015 I Avropa Oyunları zamanı istifadə olunacaq ambulans-helikopterlərin texniki göstəriciləri məlum olub. Avtosfer.az oxu.az-a istinadla verdiyi məlumata görə, müqaviləyə əsasən, Azərbaycan bir neçə il öncə aldığı AgustaWestland-139 helikopterlərini təcili tibbi yardım xidməti göstərən ambulans-helikopterlər kimi istifadə edəcək.
Dünənki məlumata əsasən, fövqəladə hallarda həmin helikopterlərdən istifadə ediləcək. Onlar artıq hazır vəziyyətdədirlər. AgustaWestland-139 iki mühərrikli yeni nəsil orta sinfi təmsil edən helikopterlərdəndir. AW-139 ekonomik göstəricilərə, yüksək uçuş-texniki xüsusiyyətlərə, çoxfunksionallığa və yüksək dözümlülüyə malik olan helikopter sayılır.
AW-139 öz sinfində saatda 311 km sürət yığan yeganə helikopterdir. Helikopter havaya maksimal 6 800 kiloqram çəki ilə uça bilər.
Adıçəkilən helikopter maksimum 15 sərnişini yüksək sürətlə rahat daşıya bilər. Baqaj giriş xaricində, eləcə də helikopter daxilində mümkündür.
AW-139 son tələblərə uyğun hazırlanıb.
Qeyd edək ki, I Avropa Oyunları zamanı Azərbaycana əlavə olaraq 100 təcili yardım maşını gətirilib. Onlardan 95-i Bakıda, 5-i isə Mingəçevirdə istifadə olunacaq.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq

















