Bu əşya təyyarənin baqajına daha verilməyəcək

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) yanğın təhlükəsinə görə mülki təyyarələrin sərnişinlərinə və ekipaj üzvlərinə elektron siqaretləri və onların yükləyici qurğularını baqaja verməyi qadağan edib. Avtosfer.az “azərtac”a istinadən xəbər verir ki, həmçinin ekipaj üzvlərinə elektron siqaretləri təyyarənin kabinəsində yandırmaq qadağan edilib. Müvafiq dəyişiklik 2015-2016-cı illərdə təhlükəli yüklərin hava nəqliyyatı ilə təhlükəsiz daşınması üzrə texniki Təlimatına daxil edilib və artıq qüvvəyə minib.
Bu qərar təyyarənin baqajında elektron siqaretlərin qızdırıcı elementlərinin təsadüfən aktivləşməsi nəticəsində bir neçə dəfə yanğın hadisəsinin baş verməsi ilə əlaqədar qəbul edilib. Bundan sonra sərnişinlər elektron siqaretləri və yükləyici qurğuları təyyarənin salonunda, yəni əl yükündə aparmalı olacaqlar.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












