Bu küçələrin bir hissəsi bağlandı – FOTO + VİDEO

Azərbaycan Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə aparılan kompleks tədbirlər çərçivəsində Binəqəqdi rayonu Əcəmi Naxçıvani küçəsinin bir hissəsi təmir-tikinti işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti üçün müvəqqəti bağlanıb. Bu barədə “Azəryolservis” ASC-dən Avtosfer.az-a verilən məlumata əsasən, söhbət Əcəmi Naxçıvani küçəsinin Atatürk prospekti ilə kəsişmələri arasında yerləşən hissəsindən, həmçinin “Gənclik” metrostansiyası istiqamətinə doğru olan Atatürk prospektinin Əcəmi Naxçıvani və Səttar Bəhlulzadə küçələrinin kəsişmələri arasında yerləşən ərazidən gedir.
Qeyd edək ki, ümumilikdə təmir-tikinti işləri bir-neçə küçənin kəsişmələrində aparılır. Söhbət Atatürk prospektinin hər iki istiqamət üzrə Səttar Bəhlulzadə küçəsinin kəsişməsindən Əcəmi Naxçıvani küçəsinin kəsişməsinədək olan hissələrindən, uzun müddətdir ki, təmir olunmadığı üçün yolun hərəkət hissələri sıradan çıxmış Şövkət Məmmədova küçəsinin Əcəmi Naxçıvani küçəsinin kəsişməsindən Cəfər Xəndan küçəsinin kəsişməsinədək olan hissəsi və Əcəmi Naxçıvani küçəsinin Ağa Sadıq Gəraybəyli küçəsinin kəsişməsindən Atatürk prospektinin kəsişməsinədək olan hissəsindən gedir. Təmir işləri aparılan zaman sözügedən ərazilər hissə-hissə nəqliyyat vasitələrinin hərəkəti üçün müvəqqəti olaraq bağlanacaq.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən sözügedən küçələrin ümumilikdə 970 metrlik hissələrində təmir-tikinti işləri aparılır. Təmir-tikinti işləri çərçivəsində köhnə asfalt-beton örtyünün üst qatı qaşınaraq ərazidən daşınıb. Ehtiyyacı olan yerlərdə yol yatağı bərkidilib və əraziyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilir. Ümumilikdə burda 12500 kvadrat metr ərazidə asfaltlanma işləri aparılacaq. Ərazidə təmir işləri çərçivəsində artıq 1500 paqon metr köhnə səki daşı yenisi ilə əvəzlənib, yol kənarları və piyada səkiləri asfalt-beton örtüyü döşənərək, abadlaşdırılıb.
Şəxsən Nəqliyyat naziri Ziya Məmmədov və “Azəryolservis” ASC rəhbərliyinin nəzarəti altında aparılan təmir-tikinti işləri zamanı zəruri olan yerlərsə səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulan yağış barmaqlıqları də dəyişdirilıb, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənib. Sadalanan bütün işlər tərtib olunmuş qrafikə uyğun yüksək keyfiyyətlə aparılır və tez bir zamanda yekunlaşdırılması planlaşdırılır.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC yaranmış müvəqqəti narahatçılığa görə üzr istəyir və sürücüləri görülən işlərə anlayışla yanaşmalarına çağırır.
Elmin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












